Qaydalar

Saytdan istifadə Qaydaları

Bakı Beynəlxalq Avtovağzalı vətəndaşlara plastik kartlardan istifadə etməklə internet vasitəsi ilə şəhərlərarası və beynəlxalq istiqamətlər üzrə hərəkət edən müntəzəm reyslərə Online rejimində sərnişin biletlərinin alınması üçün xidmətlər təklif edir.

İnternet vasitəsi ilə sifarişlərin qəbulu prosedurlarını yerinə yetirərkən anlaşılmamazlıqların yaranmaması üçün sifarişlərin sənədləşdirilməsi və biletlərin alınması Qaydaları ilə mütləq qaydada tanış olmağınız vacibdir.

Web-saytın köməyi ilə Siz istər şəhərlərarası, istərsədə beynəlxalq istiqamətlər üzrə hərəkət edən müntəzəm reyslərdəki istənilən təyinat məntəqəsinə sərnişin biletini sifariş verə bilərsiniz.

İnternet vasitəsi ilə aparılan sifarişlər üzrə ödənişlər plastik kartlar vasitəsi ilə həyata keçirilir.

Onlayn bilet satışı sistemində aşağıda qeyd olunan əməliyyatlar aparılmır: Güzəştli tariflərlə biletlərin sənədləşməsi üçün yalnız Avtovağzalın bilet kassalarına müraciət etməyiniz xahiş olunur; 

Onlayn bilet satışı sistemi ilə sifarişlər hər gün səhər saat 00:15-dan 23:45-a qədər aparılır. Sistemdə profilaktik işlərlə əlaqədar hər gün saat 23:45-dən növbəti günün saat 00:15-dək (yalnız 30 dəqiqə) internet vasitəsi ilə sifariş qəbul edilmir.

İnternet vasitəsi ilə bir əməliyyatla ən çoxu 4 bilet sifariş oluna bilər

Biletlərin alınması üçün internet vasitəsi ilə sifariş vermiş və gediş haqqını plastik kartla ödəmiş istifadəçi, gediş biletini şəhərlərarası marşrutlarda reysin yola düşməsinə 30 dəqiqə, beynəlxalq marşrutlar üzrə isə reysin yola düşməsinə 1 saat qalanadək avtovağzalın bilet kassasına yaxınlaşaraq şəxsiyyətini təsdiq edən sənədi və yaxud sifariş blankını təqdim etməklə ala bilər. Şəhərlərarası marşrutlarda reysin yola düşməsinə 30 dəqiqədən az vaxt qaldıqda Sizin sifariş verdiyiniz yer digər sərnişinə təklif ediləcək və ödədiyiniz məbləğdən qanuna müfafiq olaraq 25% tutulmaqla 7 gündən 30 günədək bank hesabınıza ödəniləcəkdir.

Boş yerlərin axtarılması üçün aşağıda qeyd olunan məlumatları daxil edin:

  • Təyinat məntəqəsini daxil edin.
  • Gediş üçün istədiyiniz tarixi seçin. Bu tarix Sizin yola düşmək istədiyiniz tarix hesab edilir. Sərnişinlərin sayını daxil edin.
  • Müvafiq pəncərədə seçdiyiniz təyinat məntəqəsi, gediş qiyməti göstərilməklə, əlavə olaraq təyinat məntəqəsindən keçən reys, reysə xidmət edən daşıyıcı, reysə cəlb edilən nəqliyyat vasitəsinin markası, tutumu, boş yerlərin sayı Sizə məlumat olaraq təqdim olunur.
  • Əgər təqdim edilən reyslərdə Sizi qane edəni reys varsa müvafiq pəncərədə Sərnişinlərə aid məlumatlar ( Sərnişinin Soyadı-Adı-Atasının adı, şəxsiyyəti təsdiq edən sənədin №-si, sərnişinin cinsi (kişi,qadın,uşaq) daxil edilir. Uşaq dedikdə yaşı 5-10 arasında olan sərnişin nəzərdə tutulur
  • Bundan sonra istədiyiniz reys və həmin reysin sxemi təqdim edilir.
  • Avtobusun sxemi – boş və dolu yerlər göstərilməklə istifadəçiyə təqdim edilir.
  • İstifadəçi "maus"la boş yerlərin üzərinə vurmaqla  getmək istədiyi oturacaq yerlərini seçir. Yer seçildikdən sonra seçilmiş yeri ləğv etmək üçün müvafiq sərnişinə aid olan sətrin sonundakı "Yeri qaytar" düyməsini basmaq kifayətdir.

Diqqət! Alınan biletlərin sayından asılı olmayaraq yerlərin  seçilməsi üçün Sizə 1 dəqiqə vaxt verilir.

Sorğunuza cavab veriləndən sonra plastik kart vasitəsilə ödəniş edin.

Diqqət! Alınan biletlərin ödəmə əməliyyatı üçün Sizə 6 dəqiqə vaxt verilir.

Qeyd etdiyiniz reyslərdə yer olmadıqda  digər reysləri nəzərdən keçirmək lazımdır.

Qeyd:5 yaşdan 10 yaşadək olan sərnişinlər üçün uşaq bileti alınır. Uşaq bileti sərnişin biletinin qiymətinin 50%-ni təşkil edir. Valideynlərdən biri 5 yaşadək bir uşağını özü ilə pulsuz aparmaq hüququna malikdir. Sərnişin 5 yaşadək ikinci, üçüncü və s. uşaqlarını da özü ilə aparmaq istədiyi halda həmin uşaqların hər birinə uşaq bileti almalıdır. Uşaqlı sərnişinlər avtobusa minərkən uşağın doğum haqqında şəhadətnaməsini perron nəzarətçisinə təqdim etməlidir. 10 yaşı tamam olan uşaqlara gediş sənədi tam tariflə verilir.

Sonda sistem seçdiyiniz təyinat məntəqəsi üzrə: marşrut, reys, yola düşmə tarixi və saatı, yola düşmə perronu, avtobusun markası, yerin nömrəsi, eyni zamanda qeyd olunan sərnişinlər və gediş parametrinə uyğun olaraq gediş haqqı tarifləri barədə məlumatları Sizə təqdim edəcəkdir.

Sərnişin barədə məlumatların sistemə düzgün daxil edilməsinə görə istifadəçi məsuliyyət daşıyır

Gediş sənədində sərnişin barədə məlumatlar böyük hərflərlə  şəxsiyyəti təsdiq edən sənəddə göstərilmiş şəkildə daxil edilir. İstifadəçi sərnişini uşaq göstərdiyi halda – sərnişin biletinin alınması zamanı mütləq doğum haqqında şəhadətnaməni sərnişin bileti satan xəzinədara təqdim etməlidir.

İnternet vasitəsi biletlərin alınması üçün avtovagzal.az saytının Onlayn bilet satışı bölməsində qeydiyyatdan keçmək mütləqdir.

Qeyiyyatdan keçərkən adınızı, soyadınızı, elektron ünvanınızı, əlaqə telefonunuzu, şəxsiyyət vəsiqəsinin (ümumvətəndaşlıq pasportunun) seriya və nömrəsini və sair məlumatları daxil etmək lazımdır. Bu zaman məlumatların dəqiqliyinə diqqət yetirmək vacibdir. Məlumatların daxil edilməsi ilə yanaşı İstifadə qaydaları ilə tanış olun və razı qaldığınız halda Qeyddiyyat düyməsini sıxın. Onlayn bilet bölməsində qeydiyyatdan keçən istifadəçi ona verilən login və paroldan müddətsiz və limitsiz istifadə edə bilər.

Beynəlxalq reyslərdə hərəkət edən sərnişin avtobuslarına isə minik üçün biletlər yalnız ümümvətəndaşlıq pasportu əsasında aparılır.

Gediş haqqının ödənilməsi

Gediş sənədlərinin alınması üçün əməliyyatlar plastik kartları vasitəsi ilə aparılır. Bank tərəfindən müəyyən olunmuş prosedurları keçdikdən sonra əməliyyat aparılır. Əməliyyat başa çatdıqdan sonra aldığınız biletlər, marşrut, reys, avtobusun markası, yola düşmə tarixi, saatı, yola düşmə perronu, yerin nömrəsi, sərnişinlər və s. məlumatlar Sizə təqdim olunacaqdır. Bu məlumatlar həmçinin Sizin elektron ünvanınıza da göndərilə bilər. 

Siz həmin məlumatları kassadan bileti almaq üçün yadda saxlaya və ya çap edə bilərsiniz.

Gediş

İnternet vasitəsi ilə şəhərlərarası və beynəlxalq istiqamətlər üzrə hərəkət edən müntəzəm reyslərə Online rejimində sərnişin biletlərinin alınması üçün əldə olunmuş sifariş blankı və ya sərnişinin şəxsiyyətini təsdiq edən sənədlər Avtovağzaldakı bilet kassalarına təqdim olunur. Təqdim olunmuş sifariş blankı və ya sənədlərdəki məlumatlar kassir tərəfindən yoxlanıldıqdan sonra sərnişinə bilet verilir.

Şəhərlərarası marşrutlarda reysin yola düşməsinə 30 dəqiqə, beynəlxalq marşrutlar üzrə isə reysin yola düşməsinə 1 saat qalanadək internet vasitəsi ilə sifariş olunmuş biletlər avtovağzaldakı bilet kassalarında sənədləşdirilməlidir. Anlaşılmamazlıq yaranmaması üçün vaxtında bilet kassasına müraciət etmək lazımdır. Yadda saxlamaq lazımdır ki, sərnişinin avtobusun minməsinə yalnız öz adına sənədləşdirilmiş biletlə icazə verilir.

Qeyd 1:Hər bir sərnişin beynəlxalq və şəhərlərarası avtobus marşrutlarında ölçüləri 60x40x20sm-dən çox olmayan və çəkisi 16 kq-dan artıq olmayan bir yükü salonda sərnişinlərə maneçilik törətməmək şərti ilə pulsuz aparmaq hüququ vardır. Bundan başqa hər bir sərnişinin, ölçüləri 100x50x30sm-dən və ya çəkisi 16 kq-dan çox olmayan iki yükü baqaj haqqı ödənilməklə apara bilər.

İnternet vasitəsi ilə sifariş olunmuş yerlərin başqasının adına dəyişdirilməsi hallarına yol verilmir.

İstifadə olunmayan biletlərin qaytarılması

Sərnişin tərəfindən istifadə olunmayan bilet, şəxsiyyətini təsdiq edən sənədlə birlikdə avtovağzalın kassasına vaxtında (geri qaytarma Qaydalarının müddətlərinə uyğun olaraq) təqdim edildkdə geri qaytarılma əməliyyatı aparılır. Qaytarılacaq məbləğ biletə görə ödənilmiş bank kartına, beynəlxalq ödəmə sistemi qaydalarına müvafiq olaraq sənədləşmənin aparıldığı andan 7 təqvim günündən 30 təqvim gününədək qaytarılır.

Sifariş blankını biletə dəyişdirdiyiniz halda kassaya təqdim olunma müddətindən asılı olaraq geri qaytarma əməliyyatı aşağıdakı qaydada aparılır:

1. Şəhərlərarası reyslər üzrə:

- reysin(avtobusun) yola düşməsinə 2 saat qalanadək biletin dəyərindən 0.20 manat tutulmaqla qaytarılır;
- bilet reysin(avtobusun) yola düşməsinə 2 saatdan az, lakin avtobusun yola düşməsinə 30 dəqiqədən çox qalmış vaxt ərzində qaytarıldıqda onun dəyərinin 15 faizi çıxılmaqla  qaytarılır. 
- şərnişin şəhərlərarası (rayonlararası) müntəzəm marşrutlarda işləyən avtobusa gecikdikdə və ya avtobusun yola düşməsinə 30 dəqiqədən az qalmış vaxtda gedişdən imtina etdikdə, o alınmış bileti 2 saat ərzində, xəstəlik və ya bədbəxt hadisə baş verdikdə isə 3 gün ərzində həmin marşrut üzrə digər avtobus reysinə biletin dəyərinin 25 faizini əlavə ödəməklə təzələyə bilər və ya həmin biletin dəyərinin 25 faizini çıxılmaqla ödənilmiş məbləği geri ala bilər. Sərnişinin xəstəlik və ya bədbəxt hadisə nəticəsində avtobusa gecikməsi, müalicə müəssisəsinin arayışı və ya bədbəxt hadisə barədə tərtib olunmuş aktla təsdiq edilməlidir.

2. Beynəlxalq reyslər üzrə:

- Bilet müntəzəm beynəlxalq marşrutlarda işləyən avtobusların yola düşməsinə 24 saatdan çox qalmış avtovağzalın kassalarına qaytarıldıqda onun dəyərinin 10 faizi çıxılmaqla ödənilmiş gediş haqqı sərnişinə qaytarılır. 
- Bilet müntəzəm beynəlxalq marşrutlarda işləyən avtobusların yola düşməsinə 24 saatdan az və 5 saatdan çox vaxt ərzində qaytarıldıqda, onun dəyərinin 25 faizi çıxılmaqla ödənilmiş gediş haqqı sərnişinə qaytarılır. 
- Bilet müntəzəm beynəlxalq marşrutlarda işləyən avtobusların yola düşməsinə 5 saatdan az qalmış vaxt ərzində qaytarıldıqda, onun dəyərinin 100 faizi tutulur - yəni sərnişinə heç bir vəsait qaytarılmır. 

(“Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin17 sentyabr 2009-cu il tarixli 141 saylı qərarından çıxarış)