Bakı Beynəlxalq Avtovağzal Kompleksinin 1-ci və 2-ci mərtəbəsində ümumi ərazisi 27 000 m2 olan Ticarət Mərkəzi fəaliyyət göstərir.
"Baku Outlet Park” öz qapılarını saat 10:00-dan 19:00-dək alıcıların üzünə açıq elan edir. Artıq Avropa istehsalı olan brendləri fabrik satış qiymətinə əldə etmək üçün o ölkələrə səfər etməyiniz lazım gəlməyəcək. İndi siz yalnız bir ünvana - "Baku Outlet Park"a gəlməklə dünyanın məşhur brendləri sərfəli qiymətlərlə əldə edə bilərsiniz.
Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qabaqcadan satış kassaları vasitəsilə, eləcə də onlayn qaydada öncədən bilet alan sərnişinlər biletləri qaytaran zaman ödədikləri məbləğ heç bir komisyon muzdu tutulmadan sərnişlərə geri qaytarılır.
Sərnişinlər 29,30, 31 mart tarixlərində avtovağzalda onlar üçün ayrılacaq xüsusi kassalara yaxınlaşıb biletləri geri qaytara bilərlər. Onlayn qaydada bilet alan sərnişinlər biletlərin qaytarılması üçün 26 mart tarixindən etibarən +99455 201 15 39 və +99455 201 15 29 nömrələri ilə əlaqə saxlaya bilərlər. Mövcud vəziyyətlə əlaqədar olaraq, onlayn qaydada bilet alan sərnişinlər də kassaya yaxınlaşıb şəxsiyyət vəsiqəsini və əməliyyat kodunu təqdim etməklə ödənilən məbləği nağd şəkildə ala bilər. |
Şəxsi məlumatlarını daxil edin və göndərin
Fayl seçilməyib
Fayl böyükdür (> 3MB)
əlavə edin