Beynəlxalq və Şəhərlərarası marşrutlarda bilet satışı qaydaları
Qabaqcadan bilet satışı xəzinələrində sərnişinlərə bilet satışı avtobusun yola düşməsinə 10 gün qalmış qabaqcadan satılır.
Qabaqcadan bilet satışı avtobusdakı oturacaq yerlərinin 75%-dən çox olmamalıdır.
Gündəlik bilet satışı xəzinələrində biletlər həmin gün reysə yola düşən avtobuslara satılır.
Başlanğıc məntəqələrdə yerləşən avtovağzallardan yola düşən avtobuslara bilet satışı avtobusun yola düşməsinə 5 dəqiqə qalmış dayandırılır.
Beynəlxalq və şəhərlərarası marşrutlarada yola düşən 5 yaşından 10 yaşına qədər uşaqlara biletin dəyərinin 50% həcmində güzəştli bilet satılır.
Sərnişinin 5 yaşına qədər olan bir uşağı pulsuz aparmaq hüququ vardır, bir şərtlə ki, əgər uşaq ayrıca oturacaq yeri tutmursa.
Bilet xəzinədarının sərnişinə 2 halda bilet satmamaq hüququ vardır:
Həddi buluğa çatmayan, yəni şəxsiyyət vəsiqəsi olmayan və valideynin müşaiyəti olmayan uşaqlara bilet satışı qadağandır.
Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qabaqcadan satış kassaları vasitəsilə, eləcə də onlayn qaydada öncədən bilet alan sərnişinlər biletləri qaytaran zaman ödədikləri məbləğ heç bir komisyon muzdu tutulmadan sərnişlərə geri qaytarılır.
Sərnişinlər 29,30, 31 mart tarixlərində avtovağzalda onlar üçün ayrılacaq xüsusi kassalara yaxınlaşıb biletləri geri qaytara bilərlər. Onlayn qaydada bilet alan sərnişinlər biletlərin qaytarılması üçün 26 mart tarixindən etibarən +99455 201 15 39 və +99455 201 15 29 nömrələri ilə əlaqə saxlaya bilərlər. Mövcud vəziyyətlə əlaqədar olaraq, onlayn qaydada bilet alan sərnişinlər də kassaya yaxınlaşıb şəxsiyyət vəsiqəsini və əməliyyat kodunu təqdim etməklə ödənilən məbləği nağd şəkildə ala bilər. |
Şəxsi məlumatlarını daxil edin və göndərin
Fayl seçilməyib
Fayl böyükdür (> 3MB)
əlavə edin