Xəbər və elanlar

post image

Bakı Beynəlxalq Avtovağzal Kompleksində yenilik. Bakı Beynəlxalq Avtovağzal Kompleksində kassaların üzərində monitorlar quraşdırılıb.

Sərnişinlər kassaların üzərindəki yeni yaradılan monitorlar vasitəsilə bilet satışı davam edən reyslər barədə dəqiq məlumatla tanış ola biləcək.
Sərnişinlər reyslər barədə məlumat almaqla yanaşı vaxtına da qənaət etmiş olacaq.
Monitorlarda istiqamət, istiqamət üzrə biletin qiyməti, perron, avtobusun dövlət qeydiyyat nişanı, avtobusun tutumu və hazırda neçə boş yer olması kimi məlumatlar əks olunub. Bununla da, sərnişin kassada növbə gözləmədən reys barədə onu maraqlandıran bütün sualların cavabını tapacaq. Monitorların quraşdırılmasında digər səbəblərdən biri də süni qiymət artımının qarşısını almaqdır.