Xəbər və elanlar

post image

Heyvandaşıma ilə bağlı şərtlər

Heyvan sahibləri şəhərlərarası (rayonlararası) müntəzəm sərnişin daşımalarında istismar edilən avtobuslarda özü ilə kiçik ev heyvanlarını apara bilər. Bunun üçün aşağıdaki şərtlərə əməl edilməlidir:
Normalar:
 İnsanların sağlamlığının qorunması məqsədilə itləri ancaq kiçik cilovda, iri cins itləri isə cilovda və buruntaqda olmaqla avtobusda aparmaq mümkündür.
 Avtobusda baqaj bölməsi olduqda: sərnişin özü ilə ölçüləri 60 x 40 x 20-dən 100 x 50 x 30 sm-dək qəfəsdə xırda heyvanları və quşları apara bilər.
                  Avtobusda baqaj bölməsi olmadıqda: avtobusun salonunda (baqaj     daşınması üçün salonda xüsusi yer olduqda) bir yer həcmində (qəfəsdə ölçüləri 60 x 40 x 20-dən 100 x 50 x 30 sm-dək xırda heyvanları və quşları) apara bilər. 
Ev heyvanı itərsə: 
•    Avtobuslarda, avtovağzalda unudulmuş və itirilmiş ev heyvanı aşkar olunduqda bu barədə ev heyvanının sahibinə məlumat verilir. Tapılmış ev heyvanı onun sahibinin ərizəsi ilə şəxsiyyəti təsdiq edən sənədlər təqdim edilməklə, avtovağzalın və ya daşıyıcının səlahiyyətli nümayəndəsinin razılığı əsasında müəyyən olunmuş vaxtda təhvil verilir. 
•    İtirilmiş ev heyvanının saxlanmasına görə onun sahibindən müəyyən olunmuş tariflərə uyğun olaraq saxlanma haqqı tutulur və müəyyən olunmuş formada qəbz verilir. Məlumat aldıqdan sonra, ev heyvanı sahibi tərəfindən götürülmədikdə ev heyvanı sahibsiz heyvanların sığınacaqlarına təqdim oluna bilər.
Yaddan çıxmış ev heyvanı barədə məlumat mərkəzi: ☏ (+99412) 1414 
   
Qadağandır!
•    İnsanların sağlamlığının qorunması baxımından Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin regional bölməsində uçota alınmayan (identifikasiya olunmayan) ev heyvanlarının daşınması;
•    Sərnişinlər üçün narahatlıq və ya yoluxucu xəstəliyə yoluxma təhlükəsi yarada bilən xəstə heyvan və quşların daşınması, həmçinin baytarlıq şəhadətnaməsi olmadıqda, yaxud şəhadətnamədə itlərin quduzluğa (digər xəstəliklərə) qarşı peyvənd olunması göstərilmədikdə, onların nəqliyyat vasitələri ilə respublika daxilində, eyni zamanda beynəlxalq istiqamətlərdə bir yerdən başqa yerə aparılması.
•    Ev heyvanları avtobusda sərnişinlərə aid ayrıca oturacaq yeri tutmamalıdır (sahibi mütləq həmin ev heyvanı gedən avtobusda olmalıdır.)
•    Sərnişinin özü ilə digər sərnişinlər üçün narahatlıq və ya yoluxucu xəstəliklərə yoluxma təhlükəsini yarada bilən xəstə heyvanı aparmaq istədikdə daşıyıcı və ya onun nümayəndəsi sərnişini daşımaqdan imtina etmək hüququna malikdir.
Qeyd: Heyvan sahibləri avtobusda daşınmasına icazə verilmiş ev heyvanları və quşların aparılması zamanı sanitar və baytarlıq normalarına riayət edilməli, heyvanların yolboyu avtobusu kirlətməməsinə diqqət etməli, ehtiyac yaranarsa müvafiq təmizlik işlərini özləri həyata keçirməlidirlər. Ev heyvanları tərəfindən adamların dişlənməsi zamanı onlara dəyən ziyan və müalicə xərcləri heyvan sahibi tərəfindən ödənilməlidir.