1 iyul tarixindən etibarən hər həftənin bazar ertəsi, çərşənbə və cümə günləri Bakı vaxtı ilə saat 18:00-da Bakı Beynəlxalq Avtovağzal Kompleksindən (BBAK) Bakı-Batumi istiqaməti üzrə avtobus reysi fəaliyyətə başlayacaq. Avtobus Batumi şəhərinə növbəti gün saat 10:00-da çatacaq. Avtobusun Batumidən geriyə yola düşmə vaxtı isə həftənin çərşənbə, cümə və bazar günləri saat 10:00-da olacaq.
Biletin bir istiqamət üzrə qiyməti 40.00 AZN təşkil edir.
Sərnişinlər Bakı-Batumi-Bakı reysinə biletləri “avtovagzal.az” saytı və mobil tətbiq vasitəsilə “onlayn” qaydada, həmçinin Bakı Beynəlxalq Avtovağzal Kompleksinin kassalarına yaxınlaşmaqla əldə edə bilərlər.
Məlumat üçün bildirək ki, biletləri “Qabaqcadan satış” kassaları və “Onlayn” qaydada 10 gün öncədən 1 gün qabağa qədər əldə etmək mümkündür.
5 yaşınadək uşaqlar üçün gediş haqqı (oturacaq verilməmək şərti ilə) pulsuzdur. 5 yaşından on yaşınadək uşaqlar üçün isə biletin qiymətinin 50%-i ödənilir.
Sərnişinlərin istəyinə uyğun olaraq, beş yaşınadək uşaqlar üçün də bileti yarı qiymətinə əldə etmək mümkündür.
Sərnişinlərimizin rahatlığı üçün müasir standartlara cavab verən geniş salonlu və rahat oturacaqlı avtobuslar fəaliyyət göstərəcək. Eyni zamanda sərnişinlərin yol boyu çay, kofe və su ilə təmin olunması nəzərdə tutulub.
Ətraflı məlumat əldə etmək üçün (012) 406 01 58/59 nömrələri ilə əlaqə saxlaya bilərsiniz.
Nəzərinizə çatdırırıq ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksindən hərəkət etməyən beynəlxalq və şəhərlərarası istiqamətlərə sərnişin daşıyan avtobuslara görə BBAK məsuliyyət daşımır!
Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qabaqcadan satış kassaları vasitəsilə, eləcə də onlayn qaydada öncədən bilet alan sərnişinlər biletləri qaytaran zaman ödədikləri məbləğ heç bir komisyon muzdu tutulmadan sərnişlərə geri qaytarılır.
Sərnişinlər 29,30, 31 mart tarixlərində avtovağzalda onlar üçün ayrılacaq xüsusi kassalara yaxınlaşıb biletləri geri qaytara bilərlər. Onlayn qaydada bilet alan sərnişinlər biletlərin qaytarılması üçün 26 mart tarixindən etibarən +99455 201 15 39 və +99455 201 15 29 nömrələri ilə əlaqə saxlaya bilərlər. Mövcud vəziyyətlə əlaqədar olaraq, onlayn qaydada bilet alan sərnişinlər də kassaya yaxınlaşıb şəxsiyyət vəsiqəsini və əməliyyat kodunu təqdim etməklə ödənilən məbləği nağd şəkildə ala bilər. |
Şəxsi məlumatlarını daxil edin və göndərin
Fayl seçilməyib
Fayl böyükdür (> 3MB)
əlavə edin