Xəbər və elanlar

Bakı Beynəlxalq Avtovağzal Kompleksi bayram günlərində daşınan sərnişin sayını açıqladı

Bayram günlərində Bakı Beynəlxalq Avtovağzal Kompleksindən bölgələrə yola salınan sərnişin sayı haqqında  dəqiq statistik məlumat:

  • 18 mart tarixində, ümumilikdə 514 reyslə 14 300 sərnisin yola salınıb, 2100 sərnişin bileti öncədən  əlde edib ( onlayn və qabaqcadan satış kassalarından)
  • 19 mart tarixində, ümumilikdə 584 reyslə 17 800 sərnisin yola salınıb, 19 mart tarixi üçün qabaqcadan bilet alanların sayı isə 5000 nəfər təşkil edib.
  • 20 mart tarixində, ümumilikdə 513 reyslə 14 742 sərnisin yola salınıb, biletləri qabaqcadan əldə edən sərnişin sayı  3303 nəfər təşkil edib.
  • 21 mart tarixində ümumilikdə 497 reyslə 13 500 sərnişin yola salınıb, 2704 nəfər isə biletləri qabaqcadan əldə edib.