Bu gün Bakı Beynəlxalq Avtovağzal Kompleksində 8 noyabr Zəfər günü münasibəti ilə rəhbərliyin qazilərlə və işçilərlə görüşü keçirilib. Görüşdə zəfər yürüşündən, qəhraman əsgərlərimizdən, xalq birliyimizdən və Möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında 44 gün davam edən İkinci Qarabağ müharibəsində qazandığımız tarixi qələbəmizdən bəhs edildi. Görüşdə iştirak edən qazilərə ayrıca minnətdarlıq bildirilib və “Azerbaijan Ground Services” MMC – də qüsursuz fəaliyyətlərinə görə xüsusi təşəkkürnamələr ilə təltif olunublar. Daha sonra bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükut ilə yad edildi.
Bakı Beynəlxalq Avtovağzal Kompleksinin bütün heyəti başda Prezident İlham Əliyev olaraq, müharibə iştirakçılarına, zabit və əsgərlərinə, qazilərə bir daha təşəkkür edirik, şəhidlərimizə Allahdan rəhmət diləyirik.
Nazirlər Kabinetinin 30 dekabr 2021-ci il tarixli 419 nömrəli Qərarına əsasən peyvəndin 2-ci dozasının üzərindən 6 aydan çox keçmiş şəxslərin “Peyvənd sertifikatı” fevralın 15-dən etibarlı hesab edilməyəcək.
|
Şəxsi məlumatlarını daxil edin və göndərin
Fayl seçilməyib
Fayl böyükdür (> 3MB)
əlavə edin