Xəbər və elanlar

post image

Ramazan bayramınız mübarək!

Müqəddəs Ramazan ayını müsəlmanlar 622-ci ildən başlayaraq qeyd edir. Bu ay insanlara Allahı sevmək prinsiplərini öyrədir, onlara öz iradələrini, dözümlüyünü yoxlamaq imkanı verir, insanları gözüaçıq, təmiz vicdanlı olmağa yönəldir və oruc tutmaqla ifadə olunur.
Ramazan ayının axırıncı on gecəsindən birində Quran nazil olub. Orucluq vaxtı günün işıqlı vaxtı yemək, içmək, siqaret çəkmək, ər-arvad borcunu yerinə yetirmək və s. olmaz. Bunlardan yalnız uşaqlar, xəstələr, boylu qadınlar, cəbhədə vuruşanlar, uzaq yola çıxanlar azad olunurlar. Orucluq Ramazan ayında təzə ay çıxandan başlanır və 29-30 sutka davam edir. 
Orucluq hələ islamdan da əvvəl mövcüd olub. Hələ qədim ərəblər öz allahları naminə oruc tuturdular. 
Orucluq pəhrizi qurtarmaq — id əl-fitr bayramı ilə başa çatır. Həmin gün bütün imkanlı müsəlmanlar kasıblara yardım etməlidirlər. Fitrə edərkən bütün ailə üzvləri nəzərə alınır.
1993-cü ildən Orucluq bayramı dövlət səviyyəsində qeyd olunur.