Hörmətli vətəndaşlar, qeyd edirik ki, Bakı Beynəlxalq Avtovağzal kompleksində 7 sentyabr 2021-ci il tarixindən etibarən COVİD – 19 virusu əleyhinə vaksinasiya məntəqəsi fəaliyyət göstərir. Məntəqə Avtovağzal ərazisinin ticarət mərkəzinin əsas girişində yerləşir. Bazar günü istisna olmaqla həftənin 6 günü səhər saat 10:00-dan axşam 17:00-dək xidmətdən istifadə edə bilərsiniz.
Nazirlər Kabinetinin 30 dekabr 2021-ci il tarixli 419 nömrəli Qərarına əsasən peyvəndin 2-ci dozasının üzərindən 6 aydan çox keçmiş şəxslərin “Peyvənd sertifikatı” fevralın 15-dən etibarlı hesab edilməyəcək.
|