Новости и объявления

post image

К СВЕДЕНИЮ ПАССАЖИРОВ!

Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qabaqcadan satış kassaları vasitəsilə, eləcə də  onlayn qaydada öncədən bilet alan sərnişinlər biletləri qaytaran zaman  ödədikləri  məbləğ heç bir komisyon muzdu tutulmadan sərnişlərə geri qaytarılır.

Sərnişinlər  29,30, 31 mart tarixlərində avtovağzalda onlar üçün ayrılacaq xüsusi kassalara yaxınlaşıb biletləri geri qaytara bilərlər.

Onlayn qaydada bilet alan sərnişinlər biletlərin qaytarılması üçün 26 mart tarixindən etibarən +99455 201 15 39 və +99455 201 15 29  nömrələri ilə əlaqə saxlaya bilərlər.

Mövcud vəziyyətlə əlaqədar olaraq, onlayn qaydada bilet alan sərnişinlər də kassaya yaxınlaşıb şəxsiyyət vəsiqəsini və əməliyyat kodunu təqdim etməklə  ödənilən məbləği nağd şəkildə ala bilər.