Новости и объявления

post image

Koronavirus infeksiyası (COVID-19) ilə mübarizə sahəsində şəhərlərarası (rayonlararası) sərnişindaşımanı həyata keçirən avtobusların fəaliyyətinə dair - TƏLİMAT

Bu Təlimat sərnişinlərin şəhərlərarası (rayonlararası) sərnişindaşıma xidmətlərindən istifadəsi zamanı koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması məqsədilə hazırlanmışdır.  
Təlimat aşağıdakı tədbirlərdən ibarətdir:
Dövlət orqanlarına (qurumlarına) münasibətdə:

  • Şəhərlərarası daşımalarda reyslərin sayının azaldılması, bayram və istirahət günlərində sıxlığın qarşısının alınması məqsədilə daşımaların sərnişin axınına uyğun olaraq idarə edilməsi;
  • Sərnişin avtonəqliyyat vasitəsinin texniki və sanitariya vəziyyətinin müəyyən olunmuş tələblərə uyğun olmasına, sürücülərin reysqabağı tibbi müayinədən keçirilməsinə nəzarətin gücləndirilməsi;
  • Əhalinin cəmləşdiyi iri nəqliyyat qovşaqlarında (nəqliyyat mübadilə mərkəzlərində, yeraltı-yerüstü piyada keçidlərində) dezinfeksiya işlərinin həyata keçirilməsi, virusa yoluxan insanların aşkar edilməsi üçün müvafiq qurumlar tərəfindən avadanlıqlarla təchiz edilmiş işçilər vasitəsilə müvafiq yoxlamaların aparılması;
  • Məhdudiyyət tətbiq edildiyi müddətdə ictimai nəqliyyatda (taksi istisna olmaqla) ev quşlarının və heyvanların daşınmasına məhdudiyyətin tətbiq edilməsi;
  • Sərnişinlərin maarifləndirilməsi məqsədilə avtobusların salonunda, avtovağzallarda (avtostansiyalarda), yeraltı və yerüstü piyada keçidlərində, avtobus dayanacaqlarında və digər zəruri yerlərdə, koronavirus infeksiyasının əlamətləri, qorunma üsulları, belə əlamətlər olduğu təqdirdə davranış qaydaları və ümumi gigiyena normaları barədə məlumatların yerləşdirilməsi;
  • İctimai nəqliyyatdan istifadəyə dair informasiya vasitələrində və sosial şəbəkələrdə sərnişinlərin maarifləndirilməsi işinin təşkil edilməsi;
  • Bu təlimatdan irəli gələrək daşıyıcılar tərəfindən koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üzrə daxili fəaliyyət planının hazırlanması, məsul şəxslərin müəyyən edilməsi və maarifləndirilmə işinin təşkilinə nəzarətin həyata keçirilməsi;

Avtovağzallara münasibətdə

  • Sərnişinlərin maarifləndirilməsi məqsədilə mütəmadi səs elanlarının verilməsi;
  • Şəhərlərarası daşımalarda sərnişin baqajının (əl yükü) baxış üçün təqdim edilməsi, daşımanın təhlükəsizliyinə birbaşa təhlükə törədən hallarda baqajın daşınmasından imtina edilməsi;
  • Avtovağzallarda (avtostansiyalarda) oturacaqların, pilləkənlərin məhəccərlərin, eskalatorun tutacaqlarının, habelə sərnişinlərin təmasda olduğu digər səthlərin xüsusi vasitələrlə dezinfeksiya edilməsi; 

Daşıyıcılara və sürücülərə münasibətdə:

  • Avtobusların oturacaqlarının, tutacaq yerlərinin, baqaj hissəsinin, sərnişinlərin və sürücülərin təmasda olduğu digər daxili səthlərin iş gününün sonunda təmizlənməsi və xüsusi vasitələrlə dezinfeksiya edilməsi;
  • Avtobusların xaricdən zəruri konstruksiya hissələrinin (təkərlər, şüşələr, birləşmələr, pilləkənlər və s.) iki gündə bir dəfə iş gününün sonunda xüsusi vasitələrlə dezinfeksiya edilməsi;
  • Avtobusların giriş hissəsində dezinfeksiyaedici məhlul qabının quraşdırılması, sərnişinlər və sürücülərin avtobusa daxil olarkən ondan icbari qaydada istifadə etməsinin təmin edilməsi; 
  • Koronavirus əlamətləri olan sərnişin aşkar edildiyi təqdirdə davranış qaydaları barədə sürücülərin təlimatlandırılması;
  • Sürücülərdə koronavirus əlamətlərinin olmasına işə başlayarkən və işdən sonra nəzarət edilməsi, belə şəxslərin avtobusu idarəetmədən müvəqqəti kənarlaşdırılması və aidiyyəti tədbirlərin görülməsi;
  • Sürücülərin şəxsi gigiyena qaydaları barədə təlimatlandırılması, onların bu qaydalara riayət etməsinə nəzarət edilməsi, sürücülərin dezinfeksiyaedici spirt tərkibli gel məhlulu, birdəfəlik əlcək və maskalarla təmin edilməsi;
  • Avtobusların havalandırma prinsipi ilə işləyən daxili soyutma və isitmə sistemlərindən istifadənin məhdudlaşdırılması;
  • Avtobuslarda təmizlik işləri aparılarkən pəncərələrin qapalı, sərnişindaşıma yerinə yetirilərkən isə salonun havalandırılması məqsədilə mümkün qədər açıq vəziyyətdə saxlanılması;
  • Avtobusu idarə edərkən birdəfəlik maskaların və əlcəklərin istifadə edilməsi.

Sərnişinlərə münasibətdə:

  • Sərnişinlər avtobusdan istifadə etdiyi müddət ərzində əllərini ağız, burun və göz nahiyəsinə toxundurmaması;
  • Sərnişinlərin reys başa çatdıqdan sonra əllərini sabun və su ilə yuması, yaxud spirtdən və ya spirt tərkibli gel məhlulundan istifadə etməklə dezinfeksiya etməsi;
  • Avtobusun hərəkətdə olduğu dövrdə  öskürərkən və ya asqırarkən ağız və burun nayihəsinin salfet, yaxud dirsək vasitəsilə tutulması;