Новости и объявления

post image

Bakı Beynəlxalq Avtovağzalının Çağrı Mərkəzi yaradıldı

Bakı Beynəlxalq Avtovağzalında vətəndaşların daha rahat müraciəti, düzgün və ətraflı məlumat ala bilmələri üçün “1414” - Çağrı Mərkəzi yaradılıb.

Çağrı Mərkəzinin yaradılmasında məqsəd xidmət səviyyəsinin və müştəri məmnuniyyətinin yüksəldilməsi, sərnişinlər üçün daha uyğun xidmətlərin hazırlanması, təklif və müraciətlərin operativ dəyərləndirilməsi, müvafiq məlumat bazalarının optimallaşdırılmasıdır. 

Vətəndaşlar həftənin 7 günü, səhər saat 07:00-dan 00:00-dək Çağrı Mərkəzinə müraciət edə bilərlər.