Новости и объявления

post image

BBAK “Nəqliyyat Qovşağı”nı köhnə və yeni görkəmindən ibarət video və fotolar paylaşıb

Yaxın günlərdə Bakıda nəhəng Nəqliyyat qovşağı istifadəyə verildi. Nəqliyyat qovşağı yararsız hesab edilən ərazinin 45% artırılması nəticəsində  50 000 m2 ərazini əhatə edir. Ərazinin 8 500 m2 isə yaşıllaşdırma və abadlıq işləri aparılıb. Yaşıllaşdırma işləri çərçivəsində 2000-dən çox ağac əkilib. 
Ölkəmizə səfər edən turistlərin, eləcə də regionlardan paytaxta gələn vətəndaşların təhlükəsizliyini və rahatlığını təmin etmək, avtobusların, minik avtomobillərinin hərəkətini nizamlamaq məqsədi ilə istifadəyə verilib.   Fotolardan da aydın görünür ki, Nəqliyyat Qovşağının istifadəsindən öncə ərazi sərnişinlərin rahat istifadəsi üçün yararsız olub. Hazırda sərnişinlər bütün müasir standartlara cavab verən Nəqliyyat Qovşağından, orada olan ictimai-iaşə obyektlərindən, nəqliyyat xidmətlərindən, dayanacaqdan və digər xidmətlərdən rahatlıqla istifadə edə bilərlər.