Новости и объявления

post image

19-20 mart tarixlərində paytaxtdan bölgələrə 27800-dən çox sərnişin daşınıb

Bakı Beynəlxalq Avtovağzal Kompleksindən müxtəlif istiqamətlərə 760 reys həyata keçirilib.

Rejimin ikinci günü BBAK-dan 374 reys həyata keçirilib, 13 824 sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb.

Adi günlərlə müqayisədə əlavə olaraq 135 reys həyata keçirilib.

Sərnişinlərin 48%-i biletlərini onlayn qaydada "Biletim.az" portalından əldə edib.