Bakı Beynəlxalq Avtovağzalı vətəndaşlara plastik kartlardan istifadə etməklə internet vasitəsi ilə şəhərlərarası və beynəlxalq istiqamətlər üzrə hərəkət edən müntəzəm reyslərə “Onlayn” rejimində sərnişin biletlərinin alınması üçün xidmətlər təklif edir.
İnternet vasitəsi ilə sifarişlərin qəbulu prosedurlarını yerinə yetirərkən anlaşılmazlıqların yaranmaması üçün “Sifarişlərin sənədləşdirilməsi və biletlərin alınması qaydaları” ilə mütləq qaydada tanış olmağınız vacibdir.
Web-saytın köməyi ilə, Siz istər şəhərlərarası, istərsə də beynəlxalq istiqamətlər üzrə hərəkət edən müntəzəm reyslərdəki istənilən təyinat məntəqəsinə sərnişin biletini sifariş verə bilərsiniz.
İnternet vasitəsi ilə aparılan sifarişlər üzrə ödənişlər plastik kartlar vasitəsi ilə həyata keçirilir.
Onlayn bilet satışı sistemində aşağıda qeyd olunan əməliyyatlar aparılmır: Güzəştli tariflərlə biletlərin sənədləşməsi üçün yalnız Avtovağzalın bilet kassalarına müraciət etməyiniz xahiş olunur;
Onlayn bilet satışı sistemi ilə sifarişlər hər gün səhər saat 00:15-dan 23:45-a qədər aparılır. Sistemdə profilaktik işlərlə əlaqədar hər gün saat 23:45-dən növbəti günün saat 00:15-dək (yalnız 30 dəqiqə) internet vasitəsi ilə sifariş qəbul edilmir.
Biletlərin alınması üçün internet vasitəsi ilə sifariş vermiş və gediş haqqını plastik kartla ödəmiş istifadəçi, gediş biletini şəhərlərarası marşrutlarda reysin yola düşməsinə 30 dəqiqə, beynəlxalq marşrutlar üzrə isə reysin yola düşməsinə 1 saat qalanadək avtovağzalın bilet kassasına yaxınlaşaraq şəxsiyyətini təsdiq edən sənədi və yaxud sifariş blankını təqdim etməklə ala bilər. Şəhərlərarası marşrutlarda reysin yola düşməsinə 30 dəqiqədən az vaxt qaldıqda Sizin sifariş verdiyiniz yer digər sərnişinə təklif ediləcək və ödədiyiniz məbləğdən qanuna müfafiq olaraq 25% tutulmaqla 7 gündən 30 günədək bank hesabınıza ödəniləcəkdir.
Diqqət! Alınan biletlərin sayından asılı olmayaraq yerlərin seçilməsi üçün Sizə 1 dəqiqə vaxt verilir.
Sorğunuza cavab veriləndən sonra plastik kart vasitəsilə ödəniş edin.
Diqqət! Alınan biletlərin ödəmə əməliyyatı üçün Sizə 6 dəqiqə vaxt verilir.
Qeyd etdiyiniz reyslərdə yer olmadıqda digər reysləri nəzərdən keçirmək lazımdır.
Qeyd: 5 yaşdan 10 yaşadək olan sərnişinlər üçün uşaq bileti alınır. Uşaq bileti sərnişin biletinin qiymətinin 50%-ni təşkil edir. Valideynlərdən biri 5 yaşadək bir uşağını özü ilə pulsuz aparmaq hüququna malikdir. Sərnişin 5 yaşadək ikinci, üçüncü və s. uşaqlarını da özü ilə aparmaq istədiyi halda həmin uşaqların hər birinə uşaq bileti almalıdır. Uşaqlı sərnişinlər avtobusa minərkən uşağın doğum haqqında şəhadətnaməsini perron nəzarətçisinə təqdim etməlidir. 10 yaşı tamam olan uşaqlara gediş sənədi tam tariflə verilir.
Sonda sistem seçdiyiniz təyinat məntəqəsi üzrə: marşrut, reys, yola düşmə tarixi və saatı, yola düşmə perronu, avtobusun markası, yerin nömrəsi, eyni zamanda qeyd olunan sərnişinlər və gediş parametrinə uyğun olaraq gediş haqqı tarifləri barədə məlumatları Sizə təqdim edəcəkdir.
Gediş sənədində sərnişin barədə məlumatlar böyük hərflərlə şəxsiyyəti təsdiq edən sənəddə göstərilmiş şəkildə daxil edilir. İstifadəçi sərnişini uşaq göstərdiyi halda – sərnişin biletinin alınması zamanı mütləq doğum haqqında şəhadətnaməni sərnişin bileti satan xəzinədara təqdim etməlidir.
İnternet vasitəsi biletlərin alınması üçün avtovagzal.az saytının Onlayn bilet satışı bölməsində qeydiyyatdan keçmək mütləqdir.
Qeyiyyatdan keçərkən adınızı, soyadınızı, elektron ünvanınızı, əlaqə telefonunuzu, şəxsiyyət vəsiqəsinin (ümumvətəndaşlıq pasportunun) seriya və nömrəsini və sair məlumatları daxil etmək lazımdır. Bu zaman məlumatların dəqiqliyinə diqqət yetirmək vacibdir. Məlumatların daxil edilməsi ilə yanaşı İstifadə qaydaları ilə tanış olun və razı qaldığınız halda Qeyddiyyat düyməsini sıxın. Onlayn bilet bölməsində qeydiyyatdan keçən istifadəçi ona verilən login və paroldan müddətsiz və limitsiz istifadə edə bilər.
Beynəlxalq reyslərdə hərəkət edən sərnişin avtobuslarına isə minik üçün biletlər yalnız ümümvətəndaşlıq pasportu əsasında aparılır.
Gediş sənədlərinin alınması üçün əməliyyatlar plastik kartları vasitəsi ilə aparılır. Bank tərəfindən müəyyən olunmuş prosedurları keçdikdən sonra əməliyyat aparılır. Əməliyyat başa çatdıqdan sonra aldığınız biletlər, marşrut, reys, avtobusun markası, yola düşmə tarixi, saatı, yola düşmə perronu, yerin nömrəsi, sərnişinlər və s. məlumatlar Sizə təqdim olunacaqdır. Bu məlumatlar həmçinin Sizin elektron ünvanınıza da göndərilə bilər.
Siz həmin məlumatları kassadan bileti almaq üçün yadda saxlaya və ya çap edə bilərsiniz.
İnternet vasitəsi ilə şəhərlərarası və beynəlxalq istiqamətlər üzrə hərəkət edən müntəzəm reyslərə “Onlayn” rejimində sərnişin biletlərinin alınması üçün sərnişinin şəxsiyyətini təsdiq edən sənədlər avtovağzaldakı bilet kassalarına təqdim olunur. Təqdim olunan sənədlərdəki (şəxsiyyət vəsiqəsi, pasport) məlumatlar kassir tərəfindən yoxlanıldıqdan sonra sərnişinə bilet verilir.
Şəhərlərarası marşrutlarda reysin yola düşməsinə 30 dəqiqə, beynəlxalq marşrutlar üzrə isə reysin yola düşməsinə 1 saat qalanadək internet vasitəsi ilə sifariş olunmuş biletlər avtovağzaldakı bilet kassalarında sənədləşdirilməlidir. Anlaşılmazlıq yaranmaması üçün vaxtında bilet kassasına müraciət etmək lazımdır. Yadda saxlamaq lazımdır ki, sərnişinin avtobusun minməsinə yalnız öz adına sənədləşdirilmiş biletlə icazə verilir.
Qeyd: Hər bir sərnişin beynəlxalq və şəhərlərarası avtobus marşrutlarında ölçüləri 60x40x20sm-dən çox olmayan və çəkisi 16 kq-dan artıq olmayan bir yükü salonda sərnişinlərə maneçilik törətməmək şərti ilə pulsuz aparmaq hüququ vardır. Bundan başqa hər bir sərnişinin, ölçüləri 100x50x30sm-dən və ya çəkisi 16 kq-dan çox olmayan iki yükü baqaj haqqı ödənilməklə apara bilər.
İnternet vasitəsi ilə sifariş olunan yerlərin başqasının adına dəyişdirilməsi hallarına yol verilmir.
Sərnişin tərəfindən istifadə olunmayan bilet, şəxsiyyətini təsdiq edən sənədlə birlikdə avtovağzalın kassasına vaxtında (geri qaytarma Qaydalarının müddətlərinə uyğun olaraq) təqdim edildkdə geri qaytarılma əməliyyatı aparılır. Qaytarılacaq məbləğ biletə görə ödənilmiş bank kartına, beynəlxalq ödəmə sistemi qaydalarına müvafiq olaraq sənədləşmənin aparıldığı andan 7 təqvim günündən 30 təqvim gününədək qaytarılır.
Sifariş blankını biletə dəyişdirdiyiniz halda kassaya təqdim olunma müddətindən asılı olaraq geri qaytarma əməliyyatı aşağıdakı qaydada aparılır:
1. Şəhərlərarası reyslər üzrə:
- reysin(avtobusun) yola düşməsinə 2 saat qalanadək biletin dəyərindən 0.40 manat tutulmaqla qaytarılır (reys təxirə salındığı hal istisna olmaqla - bu halda ödənilən vəsaitdən heç bir məbləğ tutulmur);
- bilet reysin (avtobusun) yola düşməsinə 2 saatdan az, lakin avtobusun yola düşməsinə 30 dəqiqədən çox qalmış vaxt ərzində qaytarıldıqda onun dəyərinin 15 faizi çıxılmaqla qaytarılır.
- şərnişin şəhərlərarası (rayonlararası) müntəzəm marşrutlarda işləyən avtobusa gecikdikdə və ya avtobusun yola düşməsinə 30 dəqiqədən az qalmış vaxtda gedişdən imtina etdikdə, o alınmış bileti 2 saat ərzində, xəstəlik və ya bədbəxt hadisə baş verdikdə isə 3 gün ərzində həmin marşrut üzrə digər avtobus reysinə biletin dəyərinin 25 faizini əlavə ödəməklə təzələyə bilər və ya həmin biletin dəyərinin 25 faizini çıxılmaqla ödənilmiş məbləği geri ala bilər. Sərnişinin xəstəlik və ya bədbəxt hadisə nəticəsində avtobusa gecikməsi, müalicə müəssisəsinin arayışı və ya bədbəxt hadisə barədə tərtib olunmuş aktla təsdiq edilməlidir.
2. Beynəlxalq reyslər üzrə:
- Bilet müntəzəm beynəlxalq marşrutlarda işləyən avtobusların yola düşməsinə 24 saatdan çox qalmış avtovağzalın kassalarına qaytarıldıqda onun dəyərinin 10 faizi çıxılmaqla ödənilmiş gediş haqqı sərnişinə qaytarılır.
- Bilet müntəzəm beynəlxalq marşrutlarda işləyən avtobusların yola düşməsinə 24 saatdan az və 5 saatdan çox vaxt ərzində qaytarıldıqda, onun dəyərinin 25 faizi çıxılmaqla ödənilmiş gediş haqqı sərnişinə qaytarılır.
- Bilet müntəzəm beynəlxalq marşrutlarda işləyən avtobusların yola düşməsinə 5 saatdan az qalmış vaxt ərzində qaytarıldıqda, onun dəyərinin 100 faizi tutulur - yəni sərnişinə heç bir vəsait qaytarılmır.
(“Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 sentyabr 2009-cu il tarixli 141 saylı qərarından çıxarış)
№ | Bakıdan- şəhər və rayonlara | "Məsafə (km)" | "Tariflər (manatla)" |
1 | Ağcabədi | 306.0 | 9.2 |
2 | Ağdam | 351.0 | 10.5 |
3 | Ağdaş | 265.0 | 8.0 |
4 | Ağstafa | 442.0 | 13.3 |
5 | Ağsu | 153.0 | 4.6 |
6 | Arabaçı | 483.0 | 14.5 |
7 | Aşağı Ağcakənd | 349.0 | 10.5 |
8 | Astara | 317.0 | 9.5 |
9 | Balakən | 441.0 | 13.2 |
10 | Bərdə | 305.0 | 9.2 |
11 | Beyləqan | 291.0 | 8.7 |
12 | Böyük Qışlaq | 463.0 | 13.9 |
13 | Çayrəsullu | 488.0 | 14.6 |
14 | Cəlilabad | 211.0 | 6.3 |
15 | Daşburun | 265.0 | 8.0 |
16 | Daşkəsən | 386.0 | 11.6 |
17 | Daş Salahlı | 470.0 | 14.1 |
18 | Əhmədbəyli | 295.0 | 8.9 |
19 | Əliabad (Lerik) | 327.0 | 9.8 |
20 | Fərzalı | 483.0 | 14.5 |
21 | Fizuli | 323.0 | 9.7 |
22 | Gədəbəy | 432.0 | 13.0 |
23 | Gəncə | 348.0 | 10.4 |
24 | Goran | 307.0 | 9.2 |
25 | Goranboy | 313.0 | 9.4 |
26 | Göyçay | 253.0 | 7.6 |
27 | Göygöl | 358.0 | 10.7 |
28 | Hacıhətəmli | 234.0 | 7.0 |
29 | Həzrə | 235.0 | 7.1 |
30 | Hindarx | 330.0 | 9.9 |
31 | Horadiz | 299.0 | 9.0 |
32 | Imişli | 258.0 | 7.7 |
33 | İsalı | 479.0 | 14.4 |
34 | İsmayıllı (Kürdəmirdən) | 260.0 | 7.8 |
35 | İvanovka (Gədəbəy) | 477.0 | 14.3 |
36 | Kəmərli | 515.0 | 15.5 |
37 | Kürdəmir | 189.0 | 5.7 |
38 | Lahıc | 242.0 | 7.3 |
39 | Lənkəran | 272.0 | 8.2 |
40 | Lerik | 329.0 | 9.9 |
41 | Mahrızlı | 370.0 | 11.1 |
42 | Masallı | 236.0 | 7.1 |
43 | Mingəçevir | 308.0 | 9.2 |
44 | Nabran | 219.0 | 6.6 |
45 | Naftalan | 326.0 | 9.8 |
46 | Novosaratovka | 463.0 | 13.9 |
47 | Oğuz | 348.0 | 10.4 |
48 | Qabaqçöl (Balakən) | 459.0 | 13.8 |
49 | Qaradağlı | 391.0 | 11.7 |
50 | Qax | 402.0 | 12.1 |
51 | Qazax | 454.0 | 13.6 |
52 | Qəbələ (Kürdəmirdən) | 315.0 | 9.5 |
53 | Qəribli (Tovuz) | 476.0 | 14.3 |
54 | Qırmızı Körpü | 494.0 | 14.8 |
55 | Qoşabulaq | 462.0 | 13.9 |
56 | Quba | 167.0 | 5.0 |
57 | Qusar | 177.0 | 5.3 |
58 | Quzanlı | 356.0 | 10.7 |
59 | Saatlı | 191.0 | 5.7 |
60 | Sabirabad | 176.0 | 5.3 |
61 | Şabran | 122.0 | 3.7 |
62 | Şamaxı | 116.0 | 3.5 |
63 | Saratovka | 472.0 | 14.2 |
64 | SDK | 210.0 | 6.3 |
65 | Şəki | 352.0 | 10.6 |
66 | Şəmkir | 385.0 | 11.6 |
67 | Siyəzən | 100.0 | 3.0 |
68 | TərTər | 324.0 | 9.7 |
69 | Tovuz | 424.0 | 12.7 |
70 | Ucar | 235.0 | 7.1 |
71 | Xaçmaz | 157.0 | 4.7 |
72 | Xaçmaz (Oğuz) | 333.0 | 10.0 |
73 | Xudat | 182.0 | 5.5 |
74 | Yalama | 200.0 | 6.0 |
75 | Yardımlı | 292.0 | 8.8 |
76 | Yevlax | 280.0 | 8.4 |
77 | Zaqatala | 418.0 | 12.5 |
78 | Zəngilan | 379.0 | 11.4 |
79 | Zərdab | 266.0 | 8.0 |
Şəxsi məlumatlarını daxil edin və göndərin
Fayl seçilməyib
Fayl böyükdür (> 3MB)
əlavə edin