Xəbər və elanlar

post image

Yanvarın 19-da Bakı Beynəlxalq Avtovağzal Kompleksinin kollektivi 20 Yanvar faciəsinin 29-cu ildönümü münasibəti ilə tədbir keçirib

Bakı Beynəlxalq Avtovağzal Kompleksinin rəhbər və işçi heyəti əvvəlcə şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad edib.
Tədbirdə Bakı Beynəlxalq Avtovağzalının baş direktoru, xalqımızın tarixinə həkk olunmuş qanlı 20 Yanvar faciəsində əliyalın, dinc əhaliyə qarşı baş verən kütləvi qətliamdan bəhs edərək, 20 Yanvar hadisələri haqqında həqiqətlərin dünya dövlətlərinə və beynəlxalq ictimaiyyətə çatdırılmasının önəmindən bəhs edib. 
Tədbir iştirakçıları, 20 Yanvar hadisəsinin xalqımızın yaddaşına qanlı faciə kimi daxil olması ilə yanaşı bütövlükdə milli tariximizin ən şanlı və qəhrəmanlıq səhifələrindən biri olduğunu vurğulayıb.
Xalqımız həmin gün bir daha azadlığı, torpağı uğrunda şəhid olmağa hazır olduğunu bütün dünyaya sübut etdi.