Xəbər və elanlar

post image

Vahid rəqəmsal reklam platforması istifadəyə verilir

1 may 2025-ci il tarixindən etibarən Azərbaycanda ictimai nəqliyyat və əlaqəli məkanlarda reklam yerləşdirilməsi üzrə bütün fəaliyyət Advera MMC tərəfindən həyata keçiriləcək. Bu məqsədlə AdGo adlı vahid rəqəmsal platforma istifadəyə verilir.

AdGo — ölkədəki bütün nəqliyyat reklam məkanlarını (metro, hava limanları, dəmir yolları, avtobuslar, taksilər və s.) birləşdirən ilk rəqəmsal platforma olacaq.

Platformanın üstünlükləri:
İctimai nəqliyyat və əlaqəli məkanlarda reklam bazarının mərkəzləşdirilməsi;
Bütün nəqliyyat üzrə reklam məkanları bir sistemdə birləşir — şəffaf və idarəolunan ekosistem yaranır;
İcarə prosesinin sadələşdirilməsi;
Müştərilər reklam yerlərini asanlıqla seçir, bron edir və ödənişləri onlayn şəkildə həyata keçirirlər;
Satış və gəlirin artması;
Yeni müştərilərin (şirkətlərin, agentliklər, dövlət qurumları, orta və kiçik sahibkarlar və s.) cəlbi, bron sayının artması və əlavə xidmətlərin (dizayn, çap, monitorinq) təklifi hesabına davamlı gəlir artımı təmin olunur;
Rəqəmsal transformasiya;
Ənənəvi üsullar rəqəmsal alətlərlə əvəzlənərək sahənin müasirləşdirilməsinə töhfə verəcək;
Bazar liderliyi və unikal mövqe;
Platforma eksklüziv razılaşmalar və geniş PR kampaniyası vasitəsilə bazarda aparıcı rola sahib olacaq.;
Bütün regionlar üçün əlçatanlıq;
Reklam imkanları təkcə paytaxtda deyil, regionlarda da əlçatan olacaq.
Analitika və monitorinq;

Müştərilər kampaniyalarının effektivliyini izləyə və əsaslandırılmış qərarlar verə biləcəklər.

PDF YÜKLƏYİN: https://limewire.com/d/WwYKU#IcWD8NJ1uV