Xəbər və elanlar

Ulu Öndər Heydər Əliyevin anım günü

Bakı Beynəlxalq Avtovağzal Kompleksində Ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunan anım tədbiri keçirilib. Əvvəlcə Ulu öndərin kompleksdə ucaldılan büstü önünə əklil qoyulub. Sonra tədbir akt zalında davam etdirilib. Tədbirdə Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Çıxışlarda bildirilib ki, Azərbaycanın regionda və dünyada qüdrətli dövlət kimi söz sahibi olmasında dahi şəxsiyyətin rolu əvəzsizdir. Sonra Ümummilli liderin həyat yolundan bəhs edən videoçarx nümayiş etdirilib.