Xəbər və elanlar

post image

Sürücülərlə görüş

Hörmətli sərnişinlər, məlumat üçün bildiririk ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin rəhbərliyinin şəhərlərarası (rayonlararası) sərnişin daşımanı həyata keçirən avtobus sürücüləri ilə görüşü keçirilib. Görüşdə sürücülərin istək və təklifləri diqqətlə dinlənilib, bütün sualları cavablandırılıb. Onlara sərnişindaşıma sahəsində görülən işlər və gələcəkdə nəzərdə tutulan planlar haqqında məlumat verilib.
Qeyd edək ki, vətəndaşların rahat və təhlükəsiz sərnişindaşıma xidmətinin göstərilməsi daim bizim diqqətimizdədir.