Xəbər və elanlar

post image

Şəhərlərarası (rayonlararası) avtobus marşrutlarının fəaliyyətinin bərpa edilməsi ilə bağlı avtovağzallara dair təlimat

Şəhərlərarası (rayonlararası) marşrutlar üzrə yerinə yetiriləcək sərnişin daşımaları ilə bağlı sərnişinlərin ictimai nəqliyyat xidmətlərindən istifadəsi zamanı koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə aşağıdakı tədbirlərin görülməsi tövsiyyə edilir.

  • Avtovağzal (avtostansiya) binasına daxil olmazdan əvvəl sərnişinlər dezinfeksiya prosedurundan keçirilir;
  • Avtovağzal (avtostansiya) binasının daxilində qapalı məkanda sərnişinlər tibbi maskadan istifadə etməlidirlər;
  • avtovağzallara (avtostansiyalara) girişdə bütün sərnişinlərin mümkün qədər bədən hərarəti ölçülməlidir;
  • sərnişinlərin maarifləndirilməsi məqsədilə avtovağzallarda (avtostansiyalarda) mütəmadi səs elanları verilməlidir;
  • avtovağzallarda (avtostansiyalarda) oturacaqlar, pilləkanların məhəccərləri, eskalatorların tutacaqları, habelə sərnişinlərin təmasda olduqları digər səthlər xüsusi vasitələrlə dezinfeksiya edilməlidir;
  • avtovağzal (avtostansiya) ərazisində əməkdaşlar tərəfindən keçirilən prosedurlar sosial məsafəyə riayət olunmaqla həyata keçirilməlidir;
  • avtobusun salonuna yalnız yola düşməyə hazırlaşan sərnişinlərin daxil olmasına icazə verilir;
  • xəstəlik əlamətləri olan sərnişinlər aşkar edildiyi halda onun digər sərnişinlərlə təması minimuma endirilməli, avtovağzalda (avtostansiyada) təcrid edilməli və aidiyyəti üzrə təcili tibbi yardım üçün 103 və ya 113 çağrı mərkəzinə müraciət edilməlidir;
  • əhali sıxlığının qarşısının alınması məqsədilə sərnişinləri qarşılayan və ya yola salan şəxslər avtovağzal (avtostansiya)  binasından kənarda gözləməlidirlər;
  • baqajın dezinfeksiya edilməsi üçün müvafiq tədbirlərin görülməsi avtovağzal (avtostansiya) tərəfindən təmin edilməlidir;