Xəbər və elanlar

post image

Online bilet satışında yenilik

Hörmətli vətəndaşlar! Bakı Beynəlxalq Avtovağzalının rəhbərliyi vətəndaşların çoxsaylı müraciətini nəzərə alaraq, Onlayn bilet sifarişinin cari gündə yola düşən reyslərə də şamil edilməsini reallaşdırmışdır. Belə ki, Siz avtovagzal.az veb saytının köməkliyi ilə növbəti 10 günə gediş bileti sifariş edə bilirdiniz. Bu dəyişiklikdən sonra Siz həmin saytın köməyilə cari günə - yəni bu günə də gediş bileti sifariş edə bilərsiniz. Gediş bileti sifariş edilərkən, sərnişinin avtovağzala gəlib çatması və digər faktorları nəzərə alaraq istifadəçiyə seçim üçün növbəti 3 saatdan sonrakı müntəzəm reyslər təqdim edilir. Beləliklə Siz hal-hazırda avtovağzal.az saytına daxil olaraq bu gün üçün də müntəzəm reyslərə gediş biletlərini onine olaraq sifariş edə bilərsiniz.