Xəbər və elanlar

post image

Ölkənin bütün avtovağzal və avtostansiyaları dekabrın 29-dan gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

Üç gün ərzində Bakı Beynəlxalq Avtovağzal Kompleksindən müxtəlif istiqamətlərə 838 reyslə 25 046 sərnişin daşınıb.

Sərnişin tələbatını qarşılamaq üçün əlavə olaraq 200-dən çox reys həyata keçirilib.

Onlayn bilet satışında rekord göstərici qeydə alınıb: sərnişinlərin 60%-i biletlərini “biletim.az” portalından əldə edib.

Vətəndaşlara biletlərini əvvəlcədən “biletim.az” portalından onlayn qaydada əldə etmələri tövsiyə olunur.