Xəbər və elanlar

post image

Nazir müavini BBAK-da

Qırğızıstan Respublikasının Nəqliyyat və Rabitə nazirinin müavini Irısbek Bariev Bakı Beynəlxalq Avtovağzal Kompleksinin iş fəaliyyəti ilə yaxından tanış olub. Qonağa 2009-cu ildən fəaliyyətə başlayan kompleksdə vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətini artırmaq məqsədilə görülən işlər barədə geniş məlumat verilib. Kompleksin Baş direktoru Qəhrəman Qələndərovla keçirilən görüşdə tərəflər arasında qarşılıqlı əməkdaşlığın perspektivləri ətraflı müzakirə edilib. Sonda qonaq xatirə kitabına ürək sözlərini yazıb.