2019-cu il 29 may tarixində Bakı Olimpiya Stadionunda təşkil olunacaq futbol üzrə UEFA Avropa Liqası turnirinin final oyunu ilə əlaqədar Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin birgə təşkil etdiyi “Hello Nature: from the capital to nature” istiqamətləndirici aksiya turistlərin daha sıx olduğu Fəvvarlər meydanı və Heydər Əliyev Beynəlxalq hava limanında təşkil edildi.
Nəqliyyat könüllüləri tərəfindən ölkəmizə təşrif buyuran qonaqlara ingilis dilində məlumat kitabçaları təqdim edildi. Məlumat kitabçalarında Bakı Beynəlxalq Avtovağzal Kompleksindən turistik bölgələrimizə çıxan reyslərin vaxtı və biletin rəsmi tarifi öz əksini tapıb.
Layihənin keçirilməsində məqsəd turistlərin qanuni sərnişin daşımaları xidməti göstərən müasir tipli avtonəqliyyat vasitələri ilə təhlükəsiz şəkildə regionun görməli yerlərinə səfərlərini təmin etmək, ölkəmizlə bağlı ilkin təəssüratlarının formalaşdırılmasına dəstək olmaqdır.
200-dən çox turistin iştirak etdiyi aksiyanın növbəti mötəbər tədbirlər ərəfəsində də davam etdiriləcəyi nəzərdə tutulub.
Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qabaqcadan satış kassaları vasitəsilə, eləcə də onlayn qaydada öncədən bilet alan sərnişinlər biletləri qaytaran zaman ödədikləri məbləğ heç bir komisyon muzdu tutulmadan sərnişlərə geri qaytarılır.
Sərnişinlər 29,30, 31 mart tarixlərində avtovağzalda onlar üçün ayrılacaq xüsusi kassalara yaxınlaşıb biletləri geri qaytara bilərlər. Onlayn qaydada bilet alan sərnişinlər biletlərin qaytarılması üçün 26 mart tarixindən etibarən +99455 201 15 39 və +99455 201 15 29 nömrələri ilə əlaqə saxlaya bilərlər. Mövcud vəziyyətlə əlaqədar olaraq, onlayn qaydada bilet alan sərnişinlər də kassaya yaxınlaşıb şəxsiyyət vəsiqəsini və əməliyyat kodunu təqdim etməklə ödənilən məbləği nağd şəkildə ala bilər. |
Şəxsi məlumatlarını daxil edin və göndərin
Fayl seçilməyib
Fayl böyükdür (> 3MB)
əlavə edin