FHN Bakı Beynəlxalq Avtovağzal Kompleksində təxliyyə təlimi keçirdi
Bakı Beynəlxalq Avtovağzal Kompleksində Fövqəladə Hallar Nazirliyi Bakı Regional Mərkəzinin təşkilatçılığı ilə təxliyyə planı ilə bağlı təlim keçirildi.
Tədbir Kompleksdə mümkün fövqəladə hadisələrin qarşısının alınması, profilaktik tədbirlərin görülməsi, əməkdaşların fövqəladə hallar zamanı davranış qaydaları və mülki müdafiə sahəsində biliklərinin artırılması məqsədi daşıyır.
Təlimə FHN-in Bakı Regional Mərkəzi, Dövlət Yanğından Mühafizə, Dövlət Yanğın Nəzarəti, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin müvafiq şəxsi heyət və texnikası cəlb olunub.
Tədbirin nəzəri hissəsində çıxış edən Bakı Beynəlxalq Avtovağzal Kompleksinin baş direktoru Qəhrəman Qələndərov bu tipli tədbirlərin keçirilməsinin əhəmiyyətindən bəhs etdi, fövqəladə hallarla bağlı davranış qaydalarına riayət olunmasının vacibliyini vurğuladı.
FHN-in Bakı Regional Mərkəzinin rəisi general-mayor Məhərrəm Həsənov isə bildirdi ki, Azərbaycanda dövlət səviyyəsində əhalinin təhlükəsizliyinə kifayət qədər diqqət ayrılır.
Daha sonra Nazirlik əməkdaşları fövqəladə hallar zamanı davranış qaydalarına dair müxtəlif mövzularda təqdimatlar keçirdi və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş olundu.
Tədbirin praktiki hissəsində şərti yanğın zamanı “Həyəcan” siqnalı verildikdən sonra Bakı Beynəlxalq Avtovağzal Kompleksində təxliyyə planına uyğun olaraq əməkdaşların təhlükəsiz yerə təxliyəsi həyata keçirildi, yanğın-xilasetmə bölmələri tərəfindən “yanğınla mübarizə” tədbirlərinə başlandı.
Uğurla başa çatan tədbirdə qarşıya qoyulan məqsədlərə nail olundu.
| № | Bakıdan- şəhər və rayonlara | "Məsafə (km)" | "Tariflər (manatla)" |
| 1 | Ağcabədi | 306.0 | 9.2 |
| 2 | Ağdam | 351.0 | 10.5 |
| 3 | Ağdaş | 265.0 | 8.0 |
| 4 | Ağstafa | 442.0 | 13.3 |
| 5 | Ağsu | 153.0 | 4.6 |
| 6 | Arabaçı | 483.0 | 14.5 |
| 7 | Aşağı Ağcakənd | 349.0 | 10.5 |
| 8 | Astara | 317.0 | 9.5 |
| 9 | Balakən | 441.0 | 13.2 |
| 10 | Bərdə | 305.0 | 9.2 |
| 11 | Beyləqan | 291.0 | 8.7 |
| 12 | Böyük Qışlaq | 463.0 | 13.9 |
| 13 | Çayrəsullu | 488.0 | 14.6 |
| 14 | Cəlilabad | 211.0 | 6.3 |
| 15 | Daşburun | 265.0 | 8.0 |
| 16 | Daşkəsən | 386.0 | 11.6 |
| 17 | Daş Salahlı | 470.0 | 14.1 |
| 18 | Əhmədbəyli | 295.0 | 8.9 |
| 19 | Əliabad (Lerik) | 327.0 | 9.8 |
| 20 | Fərzalı | 483.0 | 14.5 |
| 21 | Fizuli | 323.0 | 9.7 |
| 22 | Gədəbəy | 432.0 | 13.0 |
| 23 | Gəncə | 348.0 | 10.4 |
| 24 | Goran | 307.0 | 9.2 |
| 25 | Goranboy | 313.0 | 9.4 |
| 26 | Göyçay | 253.0 | 7.6 |
| 27 | Göygöl | 358.0 | 10.7 |
| 28 | Hacıhətəmli | 234.0 | 7.0 |
| 29 | Həzrə | 235.0 | 7.1 |
| 30 | Hindarx | 330.0 | 9.9 |
| 31 | Horadiz | 299.0 | 9.0 |
| 32 | Imişli | 258.0 | 7.7 |
| 33 | İsalı | 479.0 | 14.4 |
| 34 | İsmayıllı (Kürdəmirdən) | 260.0 | 7.8 |
| 35 | İvanovka (Gədəbəy) | 477.0 | 14.3 |
| 36 | Kəmərli | 515.0 | 15.5 |
| 37 | Kürdəmir | 189.0 | 5.7 |
| 38 | Lahıc | 242.0 | 7.3 |
| 39 | Lənkəran | 272.0 | 8.2 |
| 40 | Lerik | 329.0 | 9.9 |
| 41 | Mahrızlı | 370.0 | 11.1 |
| 42 | Masallı | 236.0 | 7.1 |
| 43 | Mingəçevir | 308.0 | 9.2 |
| 44 | Nabran | 219.0 | 6.6 |
| 45 | Naftalan | 326.0 | 9.8 |
| 46 | Novosaratovka | 463.0 | 13.9 |
| 47 | Oğuz | 348.0 | 10.4 |
| 48 | Qabaqçöl (Balakən) | 459.0 | 13.8 |
| 49 | Qaradağlı | 391.0 | 11.7 |
| 50 | Qax | 402.0 | 12.1 |
| 51 | Qazax | 454.0 | 13.6 |
| 52 | Qəbələ (Kürdəmirdən) | 315.0 | 9.5 |
| 53 | Qəribli (Tovuz) | 476.0 | 14.3 |
| 54 | Qırmızı Körpü | 494.0 | 14.8 |
| 55 | Qoşabulaq | 462.0 | 13.9 |
| 56 | Quba | 167.0 | 5.0 |
| 57 | Qusar | 177.0 | 5.3 |
| 58 | Quzanlı | 356.0 | 10.7 |
| 59 | Saatlı | 191.0 | 5.7 |
| 60 | Sabirabad | 176.0 | 5.3 |
| 61 | Şabran | 122.0 | 3.7 |
| 62 | Şamaxı | 116.0 | 3.5 |
| 63 | Saratovka | 472.0 | 14.2 |
| 64 | SDK | 210.0 | 6.3 |
| 65 | Şəki | 352.0 | 10.6 |
| 66 | Şəmkir | 385.0 | 11.6 |
| 67 | Siyəzən | 100.0 | 3.0 |
| 68 | TərTər | 324.0 | 9.7 |
| 69 | Tovuz | 424.0 | 12.7 |
| 70 | Ucar | 235.0 | 7.1 |
| 71 | Xaçmaz | 157.0 | 4.7 |
| 72 | Xaçmaz (Oğuz) | 333.0 | 10.0 |
| 73 | Xudat | 182.0 | 5.5 |
| 74 | Yalama | 200.0 | 6.0 |
| 75 | Yardımlı | 292.0 | 8.8 |
| 76 | Yevlax | 280.0 | 8.4 |
| 77 | Zaqatala | 418.0 | 12.5 |
| 78 | Zəngilan | 379.0 | 11.4 |
| 79 | Zərdab | 266.0 | 8.0 |
Şəxsi məlumatlarını daxil edin və göndərin
Fayl seçilməyib
Fayl böyükdür (> 3MB)
əlavə edin