Xəbər və elanlar

post image

DİN BDYPİ-nin əməkdaşları BBAK-da maarifləndirmə xarakterli görüş keçirib

Bakı Beynəlxalq Avtovağzal Kompleksində (BBAK) Baş Dövlət Yol Polisi İdarəsinin təşəbbüsü ilə bayram günləri ərəfəsində sərnişindaşıma sahəsində təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədilə daşıyıcılar və sərnişinlərlə görüş keçirib.

Tədbirdə sərnişindaşıma kimi məsuliyyətli sahədə fəaliyyət göstərən şəxslərə üzərlərinə düşən vəzifələr barədə ətraflı məlumat verilib.

Görüş zamanı səfərə çıxmazdan əvvəl nəqliyyat vasitələrinin texniki vəziyyətinin yoxlanılması, sürücülərin tibbi müayinədən keçməsi, eləcə də iş və istirahət rejiminə ciddi riayət olunmasının vacibliyi xüsusi vurğulanıb.

Tədbirdə iştirak edən sərnişinlərə isə hərəkət zamanı sürücünün diqqətini yayındıra biləcək söhbətlərdən çəkinmək, yol hərəkəti qaydalarını pozan sürücüləri intizama dəvət etmək tövsiyə olunub. Zərurət yarandığı halda “902 – Qaynar Xətt” xidmətinə məlumat verməyin vacibliyi diqqətə çatdırılıb.

Görüş iştirakçıları təşəbbüsü müsbət qiymətləndirərək, sərnişinlərin rahat və təhlükəsiz hərəkətinin təmin olunması üçün görülən işlərin, eləcə də bu sahədə Dövlət Yol Polisi ilə