Xəbər və elanlar

post image

Biletləri əvvəlcədən almaq tövsiyə olunur

Bakı Beynəlxalq Avtovağzal Kompleksi qarşıdan gələn Novruz bayramı ilə əlaqədar vətəndaşlara biletləri əvvəlcədən almağı tövsiyə edir. Bayram günlərində sıxlıq nəzərə alınaraq, sərnişinlər biletləri avtovağzalın kassalarından, həmçinin “biletim.az” portalından onlayn qaydada əldə edə bilərlər.

Qeyd edək ki, hazırda portala 80 istiqamət, 51 məntəqə, 311 reys olmaqla, 357 nəqliyyat vasitəsi qoşulub. Portal vaxta qənaət, müştəri məmnuniyyətinin təmin edilməsi, ölkədə nağdsız ödəniş dövriyyəsinin artırılması baxımından bir sıra üstünlüklərə malikdir. Mobil cihazlar üçün “Biletim” mobil tətbiqini “App Store” və “Google Play”dən yükləmək mümkündür.