Xəbər və elanlar

post image

BBAK xəbərdarlıq edir

Ölkə ərazisində müşahidə olunan qarlı hava şəraiti ilə əlaqədar, Bakı Beynəlxalq Avtovağzal Kompleksi gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Bölgələrə sərnişindaşıma adi rejimdə davam etdirilir.

Təhlükəsizlik səbəbi ilə Bakı-Gədəbəy, Bakı-Qusar-SDK, Bakı-Qəbələ və Bakı-İsmayıllı istiqamətlərində reyslər təxirə salınıb. Bu istiqamətlərdə reyslərin bərpası haqqında ictimaiyyətə əlavə məlumat veriləcək.