Xəbər və elanlar

post image

BBAK Silahlı Qüvvələr Günü və qeyri-iş günləri ilə əlaqədar gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

Silahlı Qüvvələr Günü və qeyri-iş günləri ilə əlaqədar Bakı Beynəlxalq Avtovağzal Kompleksi əhalinin nəqliyyat xidmətləri ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün 26-29 iyun tarixlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.Kompleksdə bayram ərəfəsində və istirahət günlərində sərnişin axınına uyğun olaraq marşrutlar üzrə xətlərə buraxılan avtobusların intervalına, sürücülərin sərnişindaşımada təhlükəsizlik qaydalarına əməl etmələrinə xüsusi nəzarət olunacaq. Sərnişin sıxlığının qarşısını almaq üçün xəttə lazımi sayda əlavə avtobus buraxılması təmin ediləcək.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) şəhərlərarası və rayonlararası marşrutlar üzrə sərnişindaşımaları yerinə yetirən daşıyıcılar tərəfindən fasiləsiz və təhlükəsiz hərəkətin təmin edilməsi, kassalardan tariflərə uyğun biletlərin qanunamüvafiq qaydada satışının həyata keçirilməsi, yarana biləcək sərnişin sıxlığının qarşısının alınması, eləcə də avtobusların təsdiq edilmiş cədvəl üzrə hərəkət qrafiklərinə ciddi riayət edilməsi ilə bağlı bütün avtovağzal və avtostansiyalara müvafiq tapşırıqlar verib.
Vətəndaşlar biletləri https://biletim.az/ portalından onlayn qaydada, həmçinin BBAK - ın kassalarından əldə edə bilərlər.
Qeyd edək ki, hazırda portalda 51 şəhər və rayona 82 istiqamət üzrə bilet almaq mümkündür. Portal vaxta qənaət, müştəri məmnuniyyətinin təmin edilməsi, ölkədə nağdsız ödəniş dövriyyəsinin artırılması baxımından bir sıra üstünlüklərə malikdir.