Xəbər və elanlar

post image

BBAK-dan ilin 2 milyonuncu sərnişini yola salınıb

Bu ilin yanvar-dekabr aylarında Bakı Beynəlxalq Avtovağzal Kompleksindən 2 milyondan çox sərnişin yola salınıb. Kompleksin kassalarından 2 milyonuncu bileti alan şanslı sərnişin isə Günel Hüseynova olub. Sərnişinə BBAK rəhbərliyi adından xatirə hədiyyəsi təqdim edilib, Ağdaş və əks istiqamətə növbəti gediş üçün bilet verilib.

Şəhərlərarası sərnişindaşıma üzrə sərnişin sayının əvvəlki ililərin müvafiq dövrü ilə müqayisəli analizi göstərir ki, bu sahədə aprılan siyasətin nəticəsi olaraq, sərnişin sayının dinamikasında artım hiss olunur. Belə ki, 2023-cü ilin 29 dekabrında BBAK-dan daşınan sərnişin sayı 8650 nəfər idisə, 2024-cü ilin 29 dekabrında daşınan sərnişin sayı 10189 nəfər olub. Bu isə sərnişin sayında təqribən 18 faiz artım deməkdir. Sərnişindaşıma sahəsində ən böyük göstərici isə sərnişinlərin onlayn bilet almaları ilə bağlıdır. Əgər 2023-cü ilin 29 dekabrında daşınan sərnişinlərdən 1741 nəfəri onlayn bilet vasitəsilə səyahət etmişdisə, cari ilin 29 dekabrında bu rəqəm 4005 nəfər təşkil edib ki, bu da onlayn satışda artımın təqribən təqribən 2,3 dəfə çox olduğunu göstərir.