Xəbər və elanlar

post image

BBAK-da yol zolaqlarının xətlənməsi həyata keçirilir

Bakı Beynəlxalq Avtovağzal Kompleksində (BBAK) aparılan abadlıq və yenidənqurma tədbirləri çərçivəsində təmizlik və təmir-bərpa işləri ilə yanaşı hərəkət təhlükəsizliyinin artırılması məqsədilə yol zolaqlarının xətlənməsi həyata keçirilir.


Zolaqların xətlənməsi müasir standartlara uyğun olaraq xüsusi texnika və keyfiyyətli materiallardan istifadə edilməklə aparılır.

Həyata keçirilən tədbirlər nəqliyyat vasitələrinin və piyadaların rahat və təhlükəsiz hərəkətinin təmin olunmasına, eləcə də Kompleksin daha estetik görünüş almasına xidmət edir. İşlərin mərhələli şəkildə davam etdirilməsi nəzərdə tutulur və prosesin qısa müddətdə yekunlaşdırılması planlaşdırılır.