Xəbər və elanlar

post image

BBAK bayram və istirahət günlərində gücləndirilmiş iş rejimində çalışıb

Bakı Beynəlxalq Avtovağzal Kompleksi (BBAK) bayram və istirahət günlərində əhalinin nəqliyyat xidmətləri ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün 5-9 iyun tarixlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərib. Gücləndirilmiş iş rejimi ərzində BBAK-dan bölgələrə 1034 reys həyata keçirilib, 31636 sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb.

Adi günlərlə müqayisədə sərnişin tələbatını qarşılamaq üçün Kompleksdən əlavə 250-yə yaxın reys həyata keçirilib.

Biletlər avtovağzalın kassalarından və “biletim.az” portalı vasitəsilə onlayn qaydada sərnişinlərə təqdim edilib.

Sərnişinlərin 40%-i biletlərini onlayn qaydada “biletim.az” portalından əldə edib. Daşımalar Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) nəzarəti ilə fasiləsiz və qrafikə uyğun aparılıb.