Xəbər və elanlar

post image

BBAK 18-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika sərgisində

11-13 iyun tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən “18-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika sərgisində” Bakı Beynəlxalq Avtovağzal Kompleksi də iştirak edirdi. BBAK bu dəfə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin  funksionallıq baxımından daha zəngin, eyni zamanda daha çox məlumatın əks olunduğu yeni saytının və həm İOS, həm də Android istifadəçiləri üçün nəzərdə tutulan mobil tətbiqinin təqdimatını etdi. Bundan başqa, ötən sərgidə layihəsi təqdim edilən “Nəqliyyat Qovşağı”nın istifadəsindən sonra ərazinin əvvəlki və hazırki görüntülərindən ibarət video çarx da sərgi ziyarətçilərinə təqdim olundu.

Sərgi zamanı mobil tətbiqi telefonuna yükləyən sərnişinlər arasında viktorina keçirildi. Qaliblər İstanbul və Tbilisi şəhərlərinə 2 bilet əldə etdi.