Xəbər və elanlar

post image

Bakı Beynəlxalq Avtovağzal Kompleksinin əməkdaşları avtovağzal ərazisində ağac əkmə aksiyasına başlayıb

Hər bir insan ağac əkməlidir, becərməlidir, böyütməlidir. Əgər kimsə sağlam ağacı kəsirsə, o, nəinki xalqına, millətinə, ölkəsinə xəyanət edir, o, öz ailəsinə, özü-özünə xəyanət edir...Heydər Əliyev

Təbiətin ağ ciyəri adlandırdığımız ağaclar canlı həyat üçün olduqca zəruridir.
Yazın gəlişi ilə əlaqədar artıq bir neçə vaxtdır ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin əməkdaşları rəhbərliyin göstərişi ilə avtovağzal ərazisində yaşıllaşdırma işinə başlayıblar. Son 3 gündə əməkdaşlarımız 1200 ağac əkiblər. Bu gözəl təşəbbüsə BBAK-ın bütün heyəti qoşulub.
Hər əkilən ağac gələcək nəsillərə mirasdır. Gəlin təbiəti birlikdə qoruyaq!