Bakı Beynəlxalq Avtovağzal Kompleksində (BBAK) böyük sərnişin axınını nəzərə alaraq reyslərin vaxtında yola düşmələri, avtobusların düzgün komplektləşdirilməsi və digər təşkilati məsələləri əngəlsiz təmin etmək məqsədilə müvafiq qanunvericiliyə əsasən bilet alışı prosesinə dəyişiklik edilib.
Belə ki, şəhərlərarası və rayonlararası reyslər üzrə bilet satışları avtobusların yola düşməsinə 15 dəqiqə qalmışa qədər həyata keçirilir. Avtobusun yola düşməsinə 15 dəqiqədən az vaxt qaldıqda biletlər artıq növbəti reys üçün satılır. Bu qayda “biletim.az” portalı üzərindən və avtovağzalın kassalarından əldə edilən biletlərə şamil olunur.
Qeyd edək ki, bu qayda ilkin mərhələdə digər şəhər və rayon avtovağzallarına şamil edilmir.
Sərnişinlərdən bilet alarkən BBAK-a çatma vaxtlarını müvafiq qaydaya əsasən tənzimləmələri xahiş olunur.
Qeyd edək ki, kassaya gəlmədən, öncədən rahat şəkildə bilet almaq üçün “biletim.az” platformasından istifadə etmək tövsiyə olunur. Daha sərfəli qiymət və yer seçimi imkanından yararlanın!
| № | Bakıdan- şəhər və rayonlara | "Məsafə (km)" | "Tariflər (manatla)" |
| 1 | Ağcabədi | 306.0 | 9.2 |
| 2 | Ağdam | 351.0 | 10.5 |
| 3 | Ağdaş | 265.0 | 8.0 |
| 4 | Ağstafa | 442.0 | 13.3 |
| 5 | Ağsu | 153.0 | 4.6 |
| 6 | Arabaçı | 483.0 | 14.5 |
| 7 | Aşağı Ağcakənd | 349.0 | 10.5 |
| 8 | Astara | 317.0 | 9.5 |
| 9 | Balakən | 441.0 | 13.2 |
| 10 | Bərdə | 305.0 | 9.2 |
| 11 | Beyləqan | 291.0 | 8.7 |
| 12 | Böyük Qışlaq | 463.0 | 13.9 |
| 13 | Çayrəsullu | 488.0 | 14.6 |
| 14 | Cəlilabad | 211.0 | 6.3 |
| 15 | Daşburun | 265.0 | 8.0 |
| 16 | Daşkəsən | 386.0 | 11.6 |
| 17 | Daş Salahlı | 470.0 | 14.1 |
| 18 | Əhmədbəyli | 295.0 | 8.9 |
| 19 | Əliabad (Lerik) | 327.0 | 9.8 |
| 20 | Fərzalı | 483.0 | 14.5 |
| 21 | Fizuli | 323.0 | 9.7 |
| 22 | Gədəbəy | 432.0 | 13.0 |
| 23 | Gəncə | 348.0 | 10.4 |
| 24 | Goran | 307.0 | 9.2 |
| 25 | Goranboy | 313.0 | 9.4 |
| 26 | Göyçay | 253.0 | 7.6 |
| 27 | Göygöl | 358.0 | 10.7 |
| 28 | Hacıhətəmli | 234.0 | 7.0 |
| 29 | Həzrə | 235.0 | 7.1 |
| 30 | Hindarx | 330.0 | 9.9 |
| 31 | Horadiz | 299.0 | 9.0 |
| 32 | Imişli | 258.0 | 7.7 |
| 33 | İsalı | 479.0 | 14.4 |
| 34 | İsmayıllı (Kürdəmirdən) | 260.0 | 7.8 |
| 35 | İvanovka (Gədəbəy) | 477.0 | 14.3 |
| 36 | Kəmərli | 515.0 | 15.5 |
| 37 | Kürdəmir | 189.0 | 5.7 |
| 38 | Lahıc | 242.0 | 7.3 |
| 39 | Lənkəran | 272.0 | 8.2 |
| 40 | Lerik | 329.0 | 9.9 |
| 41 | Mahrızlı | 370.0 | 11.1 |
| 42 | Masallı | 236.0 | 7.1 |
| 43 | Mingəçevir | 308.0 | 9.2 |
| 44 | Nabran | 219.0 | 6.6 |
| 45 | Naftalan | 326.0 | 9.8 |
| 46 | Novosaratovka | 463.0 | 13.9 |
| 47 | Oğuz | 348.0 | 10.4 |
| 48 | Qabaqçöl (Balakən) | 459.0 | 13.8 |
| 49 | Qaradağlı | 391.0 | 11.7 |
| 50 | Qax | 402.0 | 12.1 |
| 51 | Qazax | 454.0 | 13.6 |
| 52 | Qəbələ (Kürdəmirdən) | 315.0 | 9.5 |
| 53 | Qəribli (Tovuz) | 476.0 | 14.3 |
| 54 | Qırmızı Körpü | 494.0 | 14.8 |
| 55 | Qoşabulaq | 462.0 | 13.9 |
| 56 | Quba | 167.0 | 5.0 |
| 57 | Qusar | 177.0 | 5.3 |
| 58 | Quzanlı | 356.0 | 10.7 |
| 59 | Saatlı | 191.0 | 5.7 |
| 60 | Sabirabad | 176.0 | 5.3 |
| 61 | Şabran | 122.0 | 3.7 |
| 62 | Şamaxı | 116.0 | 3.5 |
| 63 | Saratovka | 472.0 | 14.2 |
| 64 | SDK | 210.0 | 6.3 |
| 65 | Şəki | 352.0 | 10.6 |
| 66 | Şəmkir | 385.0 | 11.6 |
| 67 | Siyəzən | 100.0 | 3.0 |
| 68 | TərTər | 324.0 | 9.7 |
| 69 | Tovuz | 424.0 | 12.7 |
| 70 | Ucar | 235.0 | 7.1 |
| 71 | Xaçmaz | 157.0 | 4.7 |
| 72 | Xaçmaz (Oğuz) | 333.0 | 10.0 |
| 73 | Xudat | 182.0 | 5.5 |
| 74 | Yalama | 200.0 | 6.0 |
| 75 | Yardımlı | 292.0 | 8.8 |
| 76 | Yevlax | 280.0 | 8.4 |
| 77 | Zaqatala | 418.0 | 12.5 |
| 78 | Zəngilan | 379.0 | 11.4 |
| 79 | Zərdab | 266.0 | 8.0 |
Şəxsi məlumatlarını daxil edin və göndərin
Fayl seçilməyib
Fayl böyükdür (> 3MB)
əlavə edin