Xəbər və elanlar

post image

Bakı Beynəlxalq Avtovağzal Kompleksində (BBAK) bilet alışı prosesinə dəyişiklik edilib.

Bakı Beynəlxalq Avtovağzal Kompleksində (BBAK) böyük sərnişin axınını nəzərə alaraq reyslərin vaxtında yola düşmələri, avtobusların düzgün komplektləşdirilməsi və digər təşkilati məsələlərin maneəsiz təmin edilməsi məqsədilə, müvafiq qanunvericiliyə əsasən, bilet alışı prosesində dəyişiklik edilib.

Belə ki, şəhərlərarası və rayonlararası reyslər üzrə bilet satışları avtobusun yola düşməsinə 15 dəqiqə qalmışa qədər həyata keçirilir. Avtobusun yola düşməsinə 15 dəqiqədən az vaxt qaldıqda isə biletlər artıq növbəti reys üçün satılır. Bu qayda “biletim.az” portalı üzərindən və avtovağzalın kassalarından əldə edilən bütün biletlərə şamil olunur.

Qeyd edək ki, bu qayda ilkin mərhələdə digər şəhər və rayon avtovağzallarına şamil edilmir.

Sərnişinlərdən bilet alarkən BBAK-a çatma vaxtlarını müvafiq qaydaya uyğun şəkildə tənzimləmələri xahiş olunur.

Qeyd edək ki, kassaya yaxınlaşmadan, öncədən rahat şəkildə bilet əldə etmək üçün “biletim.az” platformasından istifadə edilməsi tövsiyə olunur. Daha sərfəli qiymət və yer seçimi imkanından yararlanın!