Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının final oyunu ilə əlaqədar Bakı Beynəlxalq Avtovağzal Kompleksi gücləndirilmiş iş rejimində çalışacaq.
Final oyununun gecə saat 01:00-da bitməsini nəzərə alaraq, BBAK Gürcüstan, İran və Qırmızı Körpü istiqamətinə olan reyslərin vaxtını gecə saat 03:00-a qədər uzadıb.
Bakı Beynəlxalq Avtovağzal Kompleksi oyunu izləmək üçün paytaxta üz tutan sərnişinlərin oyundan sonra qeyd edilən istiqamətlərə axınının çox olmasını nəzərə alaraq xəttə əlavə ehtiyat avtobusları cəlb edib.
Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qabaqcadan satış kassaları vasitəsilə, eləcə də onlayn qaydada öncədən bilet alan sərnişinlər biletləri qaytaran zaman ödədikləri məbləğ heç bir komisyon muzdu tutulmadan sərnişlərə geri qaytarılır.
Sərnişinlər 29,30, 31 mart tarixlərində avtovağzalda onlar üçün ayrılacaq xüsusi kassalara yaxınlaşıb biletləri geri qaytara bilərlər. Onlayn qaydada bilet alan sərnişinlər biletlərin qaytarılması üçün 26 mart tarixindən etibarən +99455 201 15 39 və +99455 201 15 29 nömrələri ilə əlaqə saxlaya bilərlər. Mövcud vəziyyətlə əlaqədar olaraq, onlayn qaydada bilet alan sərnişinlər də kassaya yaxınlaşıb şəxsiyyət vəsiqəsini və əməliyyat kodunu təqdim etməklə ödənilən məbləği nağd şəkildə ala bilər. |
Şəxsi məlumatlarını daxil edin və göndərin
Fayl seçilməyib
Fayl böyükdür (> 3MB)
əlavə edin