Xəbər və elanlar

post image

Bakı Beynəlxalq Avtovağzal Kompleksi (BBAK) qarşıdan gələn bayram günləri ilə əlaqədar vətəndaşlara biletləri əvvəlcədən almağı tövsiyə edir.

Bayram günlərində sıxlıq nəzərə alınaraq, sərnişinlər biletləri Kompleksin kassalarından, həmçinin “biletim.az” portalından onlayn qaydada əldə edə bilərlər.


Qeyd edək ki, hazırda portala 90 istiqamət, 58 məntəqə, 354 reys olmaqla, 402 nəqliyyat vasitəsi qoşulub. Portal vaxta qənaət, müştəri məmnuniyyətinin təmin edilməsi, ölkədə nağdsız ödəniş dövriyyəsinin artırılması baxımından bir sıra üstünlüklərə malikdir. Mobil cihazlar üçün “Biletim” mobil tətbiqini “App Store” və “Google Play”dən yükləmək mümkündür.