Xəbər və elanlar

post image

Avtovağzallar Novruz Bayramı günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

Bakı Beynəlxalq Avtovağzal Kompleksi Novruz Bayramı günlərində əhalinin nəqliyyat xidmətləri ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün mart ayının 15-dən 27-nə kimi gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. 
Sərnişin sıxlığının qarşısını almaq üçün xəttə lazımi sayda əlavə avtobus buraxılması təmin ediləcək. 
Bundan əlavə, sərnişin axınının çoxalması nəzərə alınaraq, koronavirus pandemiyası ilə əlaqədar avtovağzal və avtostansiyalarda avtonəqliyyat vasitələrinin, eləcə də gözləmə zallarının, xidməti otaqların, mədəni-məişət və sanitar-gigiyenik təyinatlı sahələrdə gündəlik dezinfeksiya tədbirlərinin davamlı olaraq aparılmasına nəzarət gücləndirlib. 
Şəhərlərarası, rayonlararası və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən fasiləsiz və təhlükəsiz hərəkətin təmin edilməsi, təsdiq edilmiş cədvəl üzrə hərəkət qrafiklərinə ciddi riayət edilməsi ilə bağlı respublikanın 56 avtovağzal və avtostansiyasılarına müvafiq tapşırıqlar verilib. 
Vətəndaşlarımız elektron ünvan, sosial media hesablarımız və əlaqə telefonlarımız vasitəsi  ilə bizimlə  əlaqə saxlaya bilərlər.
Sərnişinlər onları  maraqlandıran  suallarla  bağlı “1414” Çağrı  Mərkəzinə, şəhər telefonlarından  isə (012) 406-01-58/59 nömrələrinə zəng edərək informasiya ala bilərlər.
info@avtovagzal.az e-mail ünvanına və ya BBAK-ın “Facebook” səhifəsinə narahatçılıq doğuran məsələləri   yazıb  bildirə bilərlər.
Sərnişinlərə tövsiyyəmiz odur ki, biletlərini qabaqcadan BBAK-ın kassalarından təmin etsinlər. 10 gün qabaqcadan 1 gün öncəyədək həm nəğd, həm də onlayn şəkildə bilet əldə etmək mümkündür. Qabaqcadan bilet əldə etməklə sərnişinlər əlavə vaxt itirmədən, rahat şəkildə BBAK-a gələrək səfər edə bilərlər. Biletlərin qiyməti avtovagzal.az saytında öz əksini tapıb.