Xəbər və elanlar

post image

9 Noyabr – Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur

Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü Prezident İlham Əliyevin 2009-cu il 17 noyabr tarixli Sərəncamı ilə təsis edilib.

Üçrəngli bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul olunub. 70 il sonra – 1990-cı ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvanda yenidən ucaldılıb və 1991-ci ildə dövlət bayrağı kimi təsdiqlənib.

Üçrəngli bayrağımız müstəqilliyimizin, qürurumuzun və birliyimizin rəmzidir!