Xəbər və elanlar

post image

“Azerbaijan Ground Services” MMC “İnsan resurslarının idarə edilməsi üzrə mütəxəssis” vakansiyasına işçi qəbulu elan edir!

Vəzifə öhdəlikləri:

– Əmək müqavilələrinin bağlanması, dəyişikliklərin və xitamın edilməsi;
– Əmrlərin, ərizələrin, arayışların və digər sənədlərin hazırlanması (məzuniyyət, ezamiyyət, işə qəbul, mükafat və s.);
– Əməkhaqqı kartı sifarişlərinin verilməsi;
– Tabellərin tərtib edilməsi;
– Vakansiyaların uyğun platformalarda paylaşılması;
– Uyğun namizədlərlə görüşlərin keçirilməsi;
– Sosial məzuniyyətlərə dair əməliyyatların icrası;
– Aylıq və rüblük statistik hesabatların hazırlanması;
– İcbari sığorta müqavilələrinin bağlanması və əlavələrin edilməsi ilə bağlı əməliyyatlar;
– Kadr sənədlərinin uçotunun aparılması.

Namizədə tələblər:

– Ali təhsil;
– İnsan resursları sahəsində 2 illik iş təcrübəsi;
– Microsoft Office, Excel və 1C proqramlarında sərbəst işləmə bacarığı;
– İnsan resursları sahəsi üzrə nəzəri biliklər (Əmək Məcəlləsi, əlaqəli qanunlar və normativ aktlar);
– ƏMAS və Elektron Hökumət Portalında işləmək bacarığı.

İş şəraiti:

– Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun olaraq 5 günlük iş həftəsi;
– İş qrafiki: 09:00 – 18:00;
– İş yeri: Bakı Beynəlxalq Avtovağzal Kompleksi;
– Nahar fasiləsi: 13:00 – 14:00;
– Əməkhaqqı müsahibə əsasında müəyyən olunacaq.

Mövcud vakansiya ilə maraqlanan namizədlər CV-lərini ir@bbak.az elektron poçt ünvanına göndərə bilərlər.