Xəbər və elanlar

post image

Bakı Beynəlxalq Avtovağzal Kompleksi Qurban bayramı ilə bağlı gücləndirilmiş iş rejiminə keçir

Bakı Beynəlxalq Avtovağzal Kompleksi (BBAK) Qurban bayramı ilə əlaqədar avqustun 7-dən 13-dək gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Bayram günlərində sərnişinlərin rahatlığının təmin olunması və sərnişin sıxlığının tənzimlənməsi məqsədi ilə ehtiyat avtobuslarının sərnişindaşıma prosesinə cəlb olunması ilə yanaşı bütün zəruri tədbirlər görüləcək. 

Sərnişinlər şikayət  və ya sorğularla bağlı (012) 406-01-58/59 nömrəli məlumat mərkəzinə zəng etməklə yanaşı,  info@avtovagzal.az  e-mail ünvanına və ya Bakı Beynəlxalq Avtovağzal Kompleksinin “Facebook” səhifəsinə yazıb müraciət edə bilərlər.
Biletləri BBAK-ın kassalarından gündəlik və ya səfər tarixinə 10 (on) gün qalmışdan 1 (bir) gün öncəyədək  əldə etmək mümkündür. “ Onlayn ” qaydada bilet almaq istəyən sərnişinlər avtovagzal.az  saytı üzərindən və ya mobil tətbiq vasitəsilə biletlərini təmin edə bilərlər.

Qeyd edək ki, Bakı Beynəlxalq Avtovağzalı yalnız avtovağzal ərazisindən fəaliyyət göstərən avtobuslara nəzarət edir. Qeyri-qanuni sərnişindaşıma ilə bağlı yarana biləcək hər hansı bir hadisəyə BBAK cavabdehlik daşımır.