Baggage transportation

Bakı Beynəlxalq Avtovağzal Kompleksində baqaj yüklərinin daşınması şərtləri

Avtobus marşrutlarında daşınan baqaj yüklərinin tarif qiymətləri müəssisə tərəfindən təsdiq edilmiş və ya müqavilə əsasında razılaşdırılmış tariflərlə müəyyən olunur.

Beynəlxalq və şəhərlərarası avtobus marşrutlarında bir sərnişinin, ölçüləri 60x40x20sm-dən çox olmayan və çəkisi 16 kq-dan artıq olmayan bir yükü salonda sərnişinlərə maneçilik törətməmək şərti ilə pulsuz aparmaq hüququ vardır 

Beynəlxalq və şəhərlərarası avtobus marşrutlarında baqaj şöbəsi olduğu halda bir sərnişinin, ölçüləri 100x50x30sm-dən və ya çəkisi 16 kq-dan çox olmayan iki yükü baqaj haqqı ödənilməklə aparmaq hüququ vardır. 

Gediş haqqının ödənməsi, yəni biletin olması sərnişinə pulsuz aparmaq hüququ vermədiyi üçün baqaj haqqı aparılan yükə görə əlavə olaraq ödənilməlidir. 

Avtovağzalın ərazisindən çıxdıqdan sonra, yolboyu, yəni sərnişinin bileti olan məntəqəyə qədər baqaj yükünə cavabdehliyi sürücü daşıyır. Əgər müqavilə avtonəqliyyat müəssisəsi və ya firma ilə bağlanıbsa, məsuliyyəti həmin sürücüyə yol vərəqəsi verən müəssisə daşıyır. 

Baqaj yükünün sahibi mütləq həmin baqaj gedən avtobusda olmalıdır.Sahibi olmayan baqaj yükünün daşınmasına icazə verilmir və salonda aparılan əl yüklərinə cavabdehliyi sərnişin daşıyır. 

Eyni zamanda avtobusun salonunda müxtəlif heyvanların aparılmasına icazə verilmir. 

Avtobusun salonunda qalıb yaddan çıxmış əşyalar, müvafiq aktla həmin avtovağzalın məsul işçiləri tərəfindən qəbul olunur. 

Yaddan çıxmış və ya itmiş yükü, əşyanı qəbul edən avtovağzal həmin yükün tapılması barədə görünən yerdə elan asmalıdır. Həmin yükün alınması onun sahibi tərəfindən yazılı ərizə əsasında onun şəxsiyyət vəsiqəsi tələb olunmaqla verilir.