News and announcements

post image

Novruz Bayramı günlərində vətəndaşlara keyfiyyətli xidmət göstərilməsi məqsədi ilə daşıyıcılarla görüş keçirilib

Bakı Beynəlxalq Avtovağzal Kompleksində Novruz Bayramı ərəfəsində və bayram günlərində vətəndaşlara davamlı nəqliyyat xidmətlərinin göstərilməsi və sərnişin tələbatının qarşılanması məqsədi ilə daşıyıcılarla görüş keçirilib. Görüşdə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndələri, avtovağzal rəhbərliyi, şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti ilə məşğul olan daşıyıcılar iştirak ediblər. İclasda sərnişindaşıma sahəsində mövcud çatışmazlıqlar, qarşıda duran vəzifələr və təkliflər dinlənilib. Vurğulanıb ki, sərnişinləri avtovağzala cəlb etmək üçün ilk növbədə xidmətin keyfiyyətini artırmaq lazımdır. Bunun üçün avtonəqliyyat vasitələrinin təmiz vəziyyətdə olmasına sahibkarlar tərəfindən daim nəzarət edilməli, sürücülər təmiz və səliqəli geyimdə, eləcə də sərnişinlərlə ünsiyyətdə nəzakətli olmalıdırlar, sərnişinlərin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılması üçün nəqliyyat vasitələri daimi texniki müayinədən keçirilməlidir. Daşıyıcılar avtobusların təsdiq edilmiş cədvəl üzrə hərəkət qrafiklərinə ciddi riayət edəcəklərini bildiriblər.