News and announcements

post image

BBAK-da Milli Mətbuat və Jurnalistika Günü ilə əlaqədar tədbir keçirilib

Bakı Beynəlxalq Avtovağzal Kompleksində 22 iyul - Milli Mətbuat və Jurnalistika Günü münasibətilə tədbir keçirilib. Media nümayəndələrinin qatıldığı tədbiri giriş sözü ilə açan qurumun Baş Direktorunun müavini Samir Dilavərli jurnalistləri bayram münasibətilə təbrik edib, 149 illik tarixini qeyd edən Azərbaycan mətbuatının keçdiyi uzun və şərəfli yoldan danışıb. Milli mətbuatımızın ötən illər ərzində çox çətin şəraitdə fəaliyyət göstərməyinə baxmayaraq şərəfli yol keçdiyi, bütün dövrlərdə qabaqcıl ideyaların carçısı və daşıyıcısı olduğu qeyd edilib. Natiq, həmçinin ölkədə söz, fikir və məlumat azadlığının yüksək səviyyədə təmin edildiyini, kütləvi informasiya vasitələrinə dövlət tərəfindən mütəmadi olaraq maddi və mənəvi dəstək verildiyini deyib. Tədbirdə jurnalistləri maraqlandıran suallara cavab verilib, xatirə hədiyyəsi təqdim olunub.