News and announcements

post image

Baş Dövlət Yol Polisi İdarəsi və Bakı Beynəlxalq Avtovağzal Kompleksi birgə maarifləndirici tədbir keçirib

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi Bakı Beynəlxalq Avtovağzal Kompleksi ilə birgə maarifləndirici tədbir keçirib.
Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən hazırlanmış, yol iştirakçılarının həyatı üçün əhəmiyyətli mövzuların əhatə olunduğu bukletlər Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ərazisində yeni istifadəyə verilmiş Nəqliyyat Qovşağında sürücülərə və sərnişinlərə təqdim edilib.
“Qaydalara riayət edək, həyatımıza dəyər verək” şüarı altında təşkil olunan tədbirinin əsas məqsədi hərəkət iştirakçılarının maarifləndirilməsi ilə yanaşı yol hərəkəti qaydalarına riayət olunması, sürət rejiminə nəzarət edilməsi, sürücülərin, eyni zamanda sərnişinlərin təhlükəsizlik kəmərindən istifadə etməsi və digər müxtəlif tövsiyələrdən ibarət olub.
Məlumat üçün bildirək ki, Baş Dövlət Yol Polisi İdarəsi uşaqlar arasında yol hərəkəti təhlükəsizliyinə dair bilik və vərdişlərin inkişaf etdirilməsi məqsədi ilə “Yol hərəkəti qaydaları uşaqların gözü ilə” mövzusunda rəsm müsabiqəsinə də start verib.