Bakı Beynəlxalq Avtovağzal Kompleksindən regionlara 29.04.2022-03.05.2022-ci il tarixlərində 1164 reyslə 33 551 sərnişin daşınıb.
Ramazan Bayramı günlərində Bakı Beynəlxalq Avtovağzal Kompleksi hərəkət intensivliyindən və sərnişin axınının dəyişməsindən asılı olaraq vətəndaşlara keyfiyyətli nəqliyyat xidmətləri göstərmək məqsədi ilə tam gücü ilə fəaliyyət göstərib.
Sərnişin sıxlığı nəzərə alınaraq hərəkətin səmərəli təşkil edilməsi məqsədi ilə xətlərə əlavə avtobuslar cəlb edilib, reyslərin müntəzəmliyi təmin edilib.
Biletlər qabaqcadan və gündəlik satış kassalarından, eləcə də “avtovagzal.az” saytı vasitəsi ilə onlayn qaydada sərnişinlərə təqdim edilib.
İstiqamətlər üzrə kassaların işinin təşkili zamanı kassalara təhkim edilmiş reyslər arası intervallar, habelə kassaların buraxılış qabiliyyəti nəzərə alınmaqla, sərnişinlərimiz vaxt itkisi ilə qarşılaşmasın deyə əlavə kassalar açılıb.
Nazirlər Kabinetinin 30 dekabr 2021-ci il tarixli 419 nömrəli Qərarına əsasən peyvəndin 2-ci dozasının üzərindən 6 aydan çox keçmiş şəxslərin “Peyvənd sertifikatı” fevralın 15-dən etibarlı hesab edilməyəcək.
|